Yandex-watch
Gamepons və ACHIEVERS HUB “Mobil oyunların gələcəyi” adlı beynəlxalq konfrans təşkil edəcək — Offer.az

Gamepons və ACHIEVERS HUB “Mobil oyunların gələcəyi” adlı beynəlxalq konfrans təşkil edəcək

Dərc olunma tarixi: 24.06.2021
Müəllif: Offer.az redaksiyası

25 iyun 2021-ci il tarixində Azərbaycanda mobil oyun sektorunda ilk beynəlxalq konfrans baş tutacaq. Konfrans Gamepons və ACHIEVERS HUB-un birgə təşkilatçılığı ilə keçiriləcək.

Gamepons Azərbaycanda mobil oyun sahəsində ekosistem qurucusu və oyun sektoruna dəstək göstərən mərkəz kimi fəaliyyət göstərir. Gamepons-un əsas məqsədi ölkəmizin mobil oyun sektorunun inkişafına töhfə verməkdir.

ACHIEVERS HUB ümumdünya oyun studiyalarını, investorları, naşirləri və mentorları birləşdirən platformadır.

Konfransın məqsədi dünyanın müxtəlif ölkələrindəki oyun sektoru liderlərini bir araya gətirmək və mobil oyunlarda yeniliklər, trendlər, yeni texnologiyalar haqqında məlumat vermək və oyun sektorunda fəaliyyət göstərən müxtəlif oyunçuların tanış olması, fikir mübadiləsi aparması və mövcud problemləri həll etməsi üçün fərqli platforma təşkil etməkdir.

Ölkəmizdəki oyun sektorunun inkişafına töhfə verəcək bu konfransda müxtəlif kateqoriyada seminarlar, panel müzakirələr və çıxışlar olacaq.

Konfransda Google, Unity Technologies, London Venture Partners və sair dünyanın aparıcı texnologiya şirkətlərinin nümayəndələrinin iştirakı gözlənilir.

Konfransda texnoloji yenilik, rəqəmsal marketinq və mobil oyun sektorundakı investisiya ilə əlaqəli müxtəlif mövzularda müzakirə aparılacaq və 15 fərqli ölkəni təmsil edən spikerlər öz təcrübələrini iştirakçılar ilə bölüşəcəklər.

Konfransda qeydiyyatdan keçmək üçün: https://www.eventbrite.com/e/the-future-of-mobile-gaming-tickets-154600146199

Ətraflı məlumat üçün: https://gamepons.com/the-future-of-mobile-gaming/

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et