CV-nizi təqdim etməzdən əvvəl yoxlamağınız vacib olan 10 nöqtə

Diqqətlə hazırlanmış CV sizə həm iş tapmaqda, həm də müsahibə mərhələsinə çatma şansınızı artırır. CV-nizin “müsbət” CV qovluğuna daxil olmasına çalışın.

  • CV-nizi  qısa, ən çox 2 səhifə düzəldin.
  • Yaş, din və cins kimi lazımsız şəxsi məlumat verməkdən çəkinin.
  • Gördüyünüz işlərər yönəlmiş cümlələr qurun.
  • Kariyera keçmişinizi aradakı boşluqları da açıqlayaraq, ən son işinizdən əvvəlki işinizə qədər sıralayın.
  • Nailiyyətlərinizi və məsuliyyətlərinizi sıralayın və son iş yerləriniz haqqında ətraflı məlumat verin.

Uğurlu CV necə hazırlanır?

  • Təhsil keçmişinizi və ixtisaslarınızı ən yenidən ən köhnəyə doğru sıralayın.
  • Kompüter biliklərini, dil bacarıqlarını və əlaqəli təlimləri daxil edin.
  • Hobbi və maraqlarınız bölməsini qısa tutun.
  • İstəyə uyğun olaraq istinadlar verə bilərsiniz.
  • Yazı səhvlərini yoxlayın və bir dostunuzdan mətni oxumasını xahiş edin.