CV-nizi effektiv etmək üçün peşəkarlardan 7 məsləhət

İş müsahibəsinə dəvət almaq üçün ən vacib şərt bilik və təcrübəniz barədə məlumatın CV-də düzgün formada əks olunmasıdır. Düzgün CV forması və onun tərtib qaydaları haqqıda faydalı mütəxəssis məsləhətlərini sizə təqdim edirik.

1. Öz vəzifənizi aydın şəkildə ifadə edin.

Bu nə qədər sadə səslənsə də bir çox namizədlər CV-lərində öz vəzifəsini aydın şəkildə təsvir etmirlər. Məsələ burasındadır ki, müxtəlif şirkətlərdə eyni vəzifənin fərqli adları olur. Məhz buna görə də şirkətlərin birində mencerlər idarə heyətinin tərkibinə daxildirlər, digərlərində isə eyni vəzifələri sadəcə təcrübəli mütəxəssislər icra edirlər.

Buna görə də CV-də vəzifənizi yerli əmək bazarınıza uyğun formada yazıb, ifadə etmək lazımdır. Ya da onun mənasını (məzmununu) açan məktub CV-nizi müşayiət etməlidir. Bundan əlavə bəzi hallarda namizədin iş mühitində birbaşa kimə tabe olduğunu da qeyd etmək lazımdır.

2. Şirkət haqqında məlumat verin.

Əksər hallarda iş axtaran namizəd CV-də əvvəl işlədiyi şirkətin adını yazmaqla kifayətlənir. Ancaq bu düz deyil. Şirkət haqqında dolğun məlumat (şirkətin fəaliyyət sahəsi, miqyası, işçi sayı və s.) vacib məqamdır. Misal üçün:

Məişət kimyası mallarının istehsalı ilə məşğul olan“Jugos” MMC şirkəti 2004-cü ildən bazarda qoşulub və hal – hazırda 45 işçisi var.

3. Komandada öz rolunuzu təsvir edin.

Bəzən iş axtaran namizəd CV-də öz nailiyyətlərini unudaraq, yalnız komanda nəticələrini qeyd edir. Bu isə düz deyil. Komanda şəklində işlədiyiniz halda bu iş çərçivəsində rolunuz və gördüyünüz iş haqqında məlumat vermək lazımdır. Bununla işəgötürən tərəf sizin onun şirkətində mövcud olan bu və ya digər vakansiyaya uyğun olub olmadığınızı müəyyən edə bilər.

4. Öz nəticələriniz haqqında məlumat verin.

Faydalı iş əmsalı müxtəlif cür ölçülə bilər.  Əsl ölçü meyarı işçinin real nəticələridir. CV-də yazılmış ümumi ifadələr sizin nəticələrinizi təsdiq etmək əvəzinə, işəgötürəni qıcıqlandıracaq. Bu məlumat dəqiqliyi sevir. Ticarət dövriyyəsini 25% artırdım, xərcləri isə 50% azaltdım kimi standart ifadələrin yaninda bu nailiyyətlərin əldə edilməsi üçün istifadə edilmiş metod və layihələr öz əksini tapmalıdır.

5. İş seçimi meyarlarınızı göstərin.

Potensial işəgötürənin diqqətinə çatdırmaq lazımdır ki, siz necə bir şəxssiniz və  makisumum faydalı əmsalla çalışmağınız üçün hansı şərait axtarışındasınız. Məsələn:Ancaq sənəd işi ilə məşğul olmaq istəmirəm, kreativlik göstərmək üçün imkan axtarışındayam.

Bütün bunları yazmaq üçün CV-də “Əlavə məlumat” bölməsi olmalıdır. Bu bölmənin köməyi ilə işəgötürən tərəf sizin bu və ya digər vakansiyaya nə qədər uyğun olmağınızı müəyyən edə biləcək.

6. CV-də mək fəaliyyətinizdə yaranmış fasiləni başa salın.

Bir çox halda namizədin əmək fəaliyyətində böyük fasilələr müşahidə olunur. İşəgötürən tərəf sizin bu dövr ərzində nə ilə məşğul olduğunuzu bilməlidir. Siz evdən işləmisiniz, təhsil almısınız və ya istirahət getmisiniz və s.

CV-də əks olunmuş uzunmüddətli fasilə istənilən halda namizədin həmin vaxt heç yerdə işləmədiyi barədə fikir yaradır, ancaq ola bilər ki, namizəd hansısa layihədə müstəqil formada çalışıb və zəruri təcrübə yığıb. Bəzən məhz elə bu təcrübə işəgötürən üçün çox mühim olur.

7. Sizi tövsiyyə edə biləcək kəsləri CV-də qeyd edin

İş axtaranlar çox vaxt tövsiyyə məktublarının və CV-də tövsiyyə edən şəxslərin qeyd olunmasının  mahiyyətini anlamır. Tövsiyyələrin çoxluğu və dəqiqliyi namizədin əmək fəaliyyətinin geniş və müsbət olduğunu bildirir. Sizi tövsiyyə edən şəxslərin əlaqə məlumatlarını qeyd etməyi unutmayın.