Azərbaycanda iş elanları saytları (2020) — Offer.az

Azərbaycanda iş elanları saytları (2020)

Zaman keçdikcə iş tapmaq probleminin aktuallığı sürətlə artır. Bu problemin həlli üçün iş elanları saytları barədə məlumatlı olmalısınız. Sizə faydalı ola biləcək saytların siyahısını təqdim edirik.

Dərc olunma tarixi: 13.01.2020
Müəllif: Offer.az redaksiyası
İş elanları saytları

Jobsearch.az

Jobsearch.az – Azərbaycan üzrə lider olan onlayn işədüzəltəmə platformasıdır. Ay ərzində burada 700 – 1000 iş elanı yerləşdirilir. Bir çox premium iş təkliflərinin eksklyuziv mənbəyi məhz bu iş elanları saytı sayılır. Elan yerləşdirilməsi pulludur. Saytın zəif tərəfləri axtarış və filtr sisteminin olmaması və köhnəlmiş dizyandır. Amma bunlara baxmayaraq elan keyfiyyətinə və mövqeyinə görə uzun illərdir lider mövqeyini saxlamağı bacarıb. (Alexa.com  renkiniqi 90).

Boss.az

Boss.az – Jobsearch.az-ın uzun illərdir bir nömrəli rəqibi olan iş elanları saytıdır (Alexa.com renkiniqi 130). Platforma istifadəçilərə iş elanı və CV bazasından rahat istifadə imkanı yaradır. Ay ərzində orta hesabla 400-500 elan paylaşılır. Saytın güclü tərəfləri: rahat axtarış və filtr sistemi, sadə və xoşagələn dizayn, sürətli qoşulma, olduqca yüksək oxucu kütləsi. Boss.az fəaliyyətinə 2008-ci ildə başlayıb və işədüzəltmə şirkəti olmadığını vurğulayaraq işə götürən ilə potensial işçi arasında vasitəçisiz və operativ əlaqə imkanı yaratmağa çalışır. Saytda pulsuz iş elanı və CV yerləşdirmək imkanı mövcuddur, amma hər istifadəçi ay ərzində ödənişsiz olaraq yalnız bir iş elanı və bir CV yerləşdirə bilər.

Rabota.az

Rabota.az – iş elanları saytı 2012-ci ildən fəaliyyət göstərir və iş axtarma elanları üzrə ən çox müraciət olunan mənbələrdən biridir. Ayda təxminən 300 – 500 elan paylaşılır. Saytın üstünlükləri: çox böyük CV bazası və geniş filtr sistemidir. Tarifləri müştəriyə müxtəlif seçimlər verir. Saytda ay ərzində pulsuz 3 elan yerləşdirmək olar. Limitdən artıq hər əlavə elan ödənişlidir. CV bazasına tam giriş izni almaq üçün müxtəlif abunə tarifləri mövcuddur. (Alexa.com  renkiniqi 243).

eJob.az

eJob.az saytı 2013-cü ildən fəaliyyət göstərir, sayt işə götürənlərlə iş axtaranların arasında rahat və yüksək keyfiyyətli informasiya mübadiləsinın təşkili məqsədi ilə yaradılmışdır. İşədüzəltmə şirkəti deyil və iştifadəçilərə yalnız ödənişsiz imkanlar təqdim edir. Saytın üstünlükləri: axtarış və filtr sistemi, qeydiyyatsız elan və CV yerləşdirmək imkanı, PDF çap etmək imkanı. (Alexa.com  renkiniqi 324).

Jobustan.com

Jobustan.com yeni iş elanları saytı olmağına baxmayaraq maraqlı dizayn, rahat funksional və geniş axtarış imkanlarına malikdir. Elan sayı hələ ki, geniş deyil.

Banco.az və Fins.az

Maliyyə bazarında xəbər və xidmətlərə həsr olunmuş  bu iki saytın iş elanları bölməsi kifayət qədər eksklyuziv və oxunulandır. Banklar və sığorta şirkətləri vakansiya elan edərkən bu iki saytı unutmurlar. Maliyyə sahəsində iş axtaranlar Banco.azFins.az saytlarından da bəhrələnə bilərlər.

Muhasib.az

Maliyyə sahəsinə həsr edilmiş və iş elanları ilə bol olan başqa bir resurs Muhasib.az saytıdır. Burada ay ərzində təxminən 100 elan dərc olunur.

Asankadr.az

Asankadr.az – “ASAN kadr” karyera mərkəzi çərçivəsində fəaliyyət göstərən karyera və inkişaf portalıdır. Karyera mərkəzi ASAN Könüllülük Məktəbi tərəfindən ASAN Könüllülərinin peşəkar kadrlar kimi formalaşması məqsədi ilə yaradılıb. Saytda ay ərzində 100-ə yaxın iş elanı dərc edilir.

Offer.az

Offer.az – fəaliyyətə 2020-ci ildə başlayan və qısa müddətdə yüksək baxış sayı qazanan iş elanları saytıdır. Bu platforma jobs.finmarket.az saytının fəaliyyətinin əsasında qurularaq ölkəmizdə xidmətləri yeni səviyyəyə qaldırmağa hədəflənib. Saytın funksionallığı günlük əsasda dəyişir və inkişaf edir. Üstünlüklər: rahat interfeys və axtarış sistemi, məqalə və xəbər bölməsi, ölkənin bütün ərazilərinin əhatəsi. Offer.az sosial şəbəkələrdə yüksək aktivliyi ilə fərqlənir.

Linkedin.com

Linkedin.com – bu saytı, yəqin ki, təqdim etməyə ehtiyac yoxdur. Məhs iş axtarışına hədəflənmiş ən böyük sosial şəbəkələrdən biridir. Burada paylaşılan elanlar və işçi profillərini digər saytlarda tapmayacaqsınız.

Digər iş elanları saytları

Ümumiyyətlə Azərbaycanda 20-dən artıq iş elanları saytları fəaliyyət göstərir. Onlar trafik, rahatlıq, dizayn və kontent səviyyəsinə görə bir-birində xeyli fərqlənirlər. Tədricən hər birini ayrıca incələməyə çalışacağıq. Hələlik sadəcə üzdə olan saytların siyahısı ilə tanış ola bilərsiniz:

  • browser.az
  • kadr-az.info
  • vakansiya.az
  • axtaririq.biz
  • jobin.az
  • is-elanlari.net
  • qarabazar.az
  • h2h.az
  • is-elanlari.az
  • jobstore.az
  • professionals.az
  • gojob.az
  • azerjobs.com
  • hellojob.az
  • iselani.az
  • stajer.az
  • jobify.az
  • patron.az
  • vakantyer.az
  • jobstore.az
  • edumap.az
  • buqelemun.com
  • tap.az
  • lalafo.az

 

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et