30 yaşdan sonra karyera dəyişikliyi mümkündürmü?

Bir gün, bir çox insan kimi, karyeranıza yeni bir istiqamət vermək istəyə bilərsiniz. Deyək ki, bu istək 30 yaşdan sonra başladı. Nə edəcəksən?

Uzun illər davam edən karyera həyatından sonra, bir anda yenidən başlamaq əlbəttə asan deyil. Ancaq gün gəlib yenidən başlamaq istədikdə bir neçə tövsiyyəyə ehtiyacın olacaq.

Istedadlarınızı müəyyənləşdirin

Əvvəlcə özünə diqqət etməlisən. İstedadlarınızın nə olduğunu kəşf edin və karyera dəyişikliklərinizdə sizə istiqamət verəcəkdir. Məktəbinizdə və iş həyatınız boyunca zövq alaraq etdiyiniz, uğurlu alınan anları dəyərləndir. Bu sahələr karyera səyahətinizin yolunu işıqlandıracaqdır.

Alternativləri təyin edin

Uşaqlıqda xüsusi maraq doğuran şeylər də karyeranın formalaşmasında təsirli olur. Səni xoşbəxt edəcəyini düşündüyün iş sahələrinin siyahısını tərtib edin, bunların bacarığınla uyğunluğunu müəyyən et.

Tədqiqat aparın

Başlamağı planlaşdırdığınız iş barədə müxtəlif mənbələrdən öyrənməyə çalışın. Təlim ehtiyaclarının təhlili apararaq müxtəlif kurs və təlimlərdə iştirak edin. Bu şəkildə sosiallaşman əlaqə yaratmağına da kömək olacaq.

Peşəkarlarla görüşün

Yönələcəyin sahə ilə bağlı peşəkardan rəy al. Bu, yeni karyera prosesində sağlam bir şəkildə irəliləmək və qarşıya çıxacaq problemlərə qarşı tədbir almaq üçün çox vacibdir.

Səhvlərinizdən öyrənin

Səhvləriniz həm özünüzü, həm də yeni karyeranızı formalaşdırmağa kömək edəcəkdir. Səhvlərinizə görə peşman olmaq əvəzinə onlardan dərs götürməlisiniz.

Yeniliyə açıq olun

Özünüzü və işinizi inkişaf etdirmək üçün hər zaman yeniliyə açıq olmalısınız. Dəyişən tendensiyaları yeniliyə açıq bir şəxs olaraq izlədiyin zaman uğur da səninlə olacaqdır.

İlham alın!

Karyera dəyişimi mövzusunda uğurlu şəxslərin tərcümeyi-halını oxuyaraq onların təcrübəsindən yararlanın.

Məsələn Jeff Bezos

Uğurlu təhsildən sonra 26 yaşında, Bankers Trust investisiya şirkətinin ən gənc vitse-prezidenti olan Jeff Bezos 30 yaşlarında karyerasına yeni bir istiqamət verdi.

1994-cü ildə, 30 yaşında olanda, bu gün e-ticarət dünyasında əhəmiyyətli bir ad olan amazon.com saytını qurdu.  İnternet kitab satışından başlayan Amazon indi geniş məhsulu çeşidi ilə davam edir. Əgər Jeff Bezos “kifayət qədər pulum var” deyib, bu startup-a girməsəydi, bugün onun haqqında danışa bilməzdik.