Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AVT Logistics Araşdırma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dili biliyi arzuolunandır.
Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2021-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.
Vəzifə: Araşdırma mütəxəssisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 22-30
İşin Təsviri: Faktiki inventarizasiya miqdarlarını və uçot miqdarlarının düzgünlüyünü sənədlər əsasında araşdırır, yekun nəticəni müəyyən edir və sayılan miqdarları sistemə daxil edərək uçot qalıq məlumatlarını düzəldir.
Vəzifə öhdəlikləri:
- Anbarlarda malların qalma müddətini passportlar üzrə yoxlanışını aparmaq;
- Anbar üzrə kənarlaşması olan məhsulları araşdırmaya başlamazdan əvvəl İnventarizasiya şöbəsi tərəfindən tərtib olunmuş şəbəkə üzrə olan problemlərə nəzər yetirmək;
- Uçot qalığı olan və ya hərəkətsiz anbarların müəyyən edilməsi(virtual anabarların araşdırılması), mövcud neqativ halların aradan qaldırılması istiqamətində təkliflər irəli sürmək;
- Sistemə daxil edilməyən transfer və yaxud cari sənədlərin aşkarlanmasını və müvafiq düzəlişlərin edilməsini təmin etmək;
- Araşdırma zamanı hər anbar üzrə müəyyən edilmiş məhsulun hərəkətinin, giriş-çıxış sənədlərinin yoxlanılmasını və həmin sənədlərin araşdırılmasını təmin etmək.
Tələblər:
- Microsoft Office proqramlarında peşəkar istifadəçi səviyyəsində işləmə qabiliyyətinin olması;
- Dəqiqlik və detallara fikir vermə qabiliyyətinin olması;
- Məntiqi biliklərin və yüksək analitik qabiliyyətin olması;
- Komandada işləmək bacarığı;
- İngilis və rus dili biliyi arzuolunandır.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- Əmək müqaviləsi.
İş qrafiki: 5 günlük(Şənbə günü növbəli)
Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Araşdırma mütəxəssisi” yazıb CV göndərməklə müraciət edilir.
Oxşar vakansiya siyahısı:
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...