Araşdırma mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AVT Logistics Araşdırma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar ilə təmin edilməldir.

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2021-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Araşdırma mütəxəssisi
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 22-30

İşin Təsviri: Faktiki inventarizasiya miqdarlarını və uçot miqdarlarının düzgünlüyünü sənədlər əsasında araşdırır, yekun nəticəni müəyyən edir və sayılan miqdarları sistemə daxil edərək uçot qalıq məlumatlarını düzəldir.

Vəzifə öhdəlikləri:

  • Anbarlarda malların qalma müddətini passportlar üzrə yoxlanışını aparmaq;
  • Anbar üzrə kənarlaşması olan məhsulları araşdırmaya başlamazdan əvvəl İnventarizasiya şöbəsi tərəfindən tərtib olunmuş şəbəkə üzrə olan problemlərə nəzər yetirmək;
  • Uçot qalığı olan və ya hərəkətsiz anbarların müəyyən edilməsi(virtual anabarların araşdırılması), mövcud neqativ halların aradan qaldırılması istiqamətində təkliflər irəli sürmək;
  • Sistemə daxil edilməyən transfer və yaxud cari sənədlərin aşkarlanmasını və müvafiq düzəlişlərin edilməsini təmin etmək;
  • Araşdırma zamanı hər anbar üzrə müəyyən edilmiş məhsulun hərəkətinin, giriş-çıxış sənədlərinin yoxlanılmasını və həmin sənədlərin araşdırılmasını təmin etmək.

Tələblər:

  • MS Office proqramlarında peşəkar istifadəçi səviyyəsində işləmə qabiliyyətinin olması;
  • Dəqiqlik və detallara fikir vermə qabiliyyətinin olması;
  • Məntiqi biliklərin və yüksək analitik qabiliyyətin olması;
  • Komandada işləmək bacarığı;
  • İngilis və rus dili biliyi arzuolunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük(Şənbə günü növbəli)

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Araşdırma mütəxəssisi” yazıb CV göndərməklə müraciət edilir.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı