Qısa məzmun
AzərPambıq ASK MMC Aqrotexniki sistemlərə nəzarət sektorunda aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/ldlcjmci
Təsvir
- Cəmiyyətin tərkibində fəaliyyət göstərən zavod və məntəqələrin istifadəsində olan kombayn, traktorların və digər avtonəqliyyat vasitələrinin hərəkətlərin və onların təyinatı üzrə aqro-texniki işlərin icra edilməsinin nəzarətdə saxlamaq;
- Cəmiyyətin strukturlarının iş prosseslərinə, hesabatlılıq sisteminin tam və düzgün təşkil edilməsinə nəzarət etmək;
- Cəmiyyətin balansında və istifadəsində olan kənd-təsərrüfatlı texnikasına yanacaqın təsdiq olunmuş normativlərə uyğun olaraq verilməsini və sərf edilməsini yoxlamaq;
- Cəmiyyətin fermerlərlə bağlanan müqavilələrinin düzgün tərtib edilməsinin, fermerlərə müvafiq avans vəsaitlərinin verilməsinin, bu sahədə olan digər prosedur məsələləri yoxlamaq;
- Cəmiyyətin əməkdaşlarının təsdiq olunmuş daxili ezamiyyə Qaydalarının tələblərinə riayyət olunmasına nəzarət etmək;
- Cəmiyyətdə normativ aktlarının, əmrlərin, tapşırıq və rəsmi göstərişlərinin icra intizamına müntəzəm olaraq nəzarət etmək;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək
Tələblər
- 1C 8.3, Excel və digər xüsusi proqram bilikləri
- Ünsiyyət və qərar qəbuletmə bacarıqları, kollektivdə işləmək qabiliyyəti
- Vəzifə səlahiyyətləri çərçivəsində idarəetmə və həll etmə bacarığı
- Dəyərləndirmə, vaxtında doğru qərar qəbul etmək bacarığı