Aqronom
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400 AZN. Azərpambıq ASK MMC Aqronom vəzifəsi üzrə vakansiya elan edir.

“Azərpambıq ASK” MMC Beyləqan Pambıq İstehsalı və Emalı zavodu filialına Aqronom vəzifəsi üzrə vakansiya elan edir.

Tələblər:

  • Təhsil dərəcəsi: Bakalavriat (Aqronom ixtisası üzrə)
  • Kompüter bilikləri: MC Office
  • Dil bilikləri:Azərbaycan dili -əla
  • Təcrübə:Müvafiq sahədə 3 il
  • Yaş həddi: 30-55
  • Əmək haqqı: 400

Vəzifə öhdəlikləri:

  • Xidmət etdiyi sahədə aqrotexniki və hər bir bitki üzrə texnoloji qaydaları həyata keçirir, və az əmək vəsait sərfi ilə keyfiyyətli kənd təsərrüfatı məhsulları istehsalını təmin edir.
  • Pambığın məhsuldarlığını yüksəltmək, torpağın münbitliyini artırmaq, kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün bütün lazımi tədbirlərin görülməsini təşkil edir.
  • Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kimyəvi maddələrdən düzgün istifadəni təmin edir. Pambıqçılıq sahəsində cari və prespektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarının yerinə yetirilməsinə nəzarət edir. Aqronomiyaya aid bütün sənədlərin tərtib olunmasında və hesabatların verilməsində iştirak edir. Keyfiyyətsiz görülən işləri rəsmiləşdirir, səbəbini aydınlaşdırır, çıxdaş edir və yenidən gördürür. Sort toxum əkinlərinə və çoxillik əkmə sahələrində bitkilərin düzgün aqrotexniki qaydada becərilməsinə nəzarət edir, əkin sahələrində aprobasiyanın keçirilməsinə nəzarət etməklə, həmin sahələrdə gedən dəyişikliklərin təhlilini aparır. Təsərrüfatdaxili ixtisaslaşmanı təmin edir. Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak edir.
  • Bazar tələbatına uyğun yeni çeşidli pambıqçılıq məhsullarının istehsalı barədə təkliflər verir.
  • Ayrı-ayrı bitki sahələri üzrə təhlil aparır və cari il üçün proqramlar hazırlayır. Qabaqcıl təcrübənin, elmin son nailiyyətinin istehsalatda tətbiqinə nail olur.
  • Baş aqronom olmayan təsərrüfatlarda sahənin bütün işlərini icra edir.

Uyğun namizədlərdən cv-lərini hr@azercotton.com mail ünvanına mövzu yerinə “Aqronom (Beyləqan PİEZ)” qeyd edərək göndərmələri xahiş olunur.

Qeyd: Yalnız Beyləqan üzrə namizədlərdən müraciət etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Minaaxtaran

Qaya Safety Solutions Minaaxtaran vəzifəsi üzrə vakansiya elan edir. ...

Qaya Safety Solutions

18.04.2024 - Cəbrayıl