Qısa məzmun
Azərpambıq ASK MMC Zərdab TST üzrə aqronom vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Torpaq sahələrinin düzgün becərilməsi, səpin qabağı becərmə işlərinin təşkili səpinin vaxtına keyfiyyətlə təşkil edir;
- Sahələrdə normal çıxışın alınmasına nəzarət edir, veqetasiya müddətində bütün aqro-texniki becərmə işlərinin vaxtında aparılmasına həyata keçirməklə yüksək məhsuldarlığa nail olmalı;
- Bitkilərin zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı görüləcək işlərin təşkilinə rəhbərlik edir;
- Rayon bitki mühafizə stansiyalarının nümayəndələri ilə birlikdə kənd təsərrüfatı bitkilərinin zərərverici və xəstəliklərin sıxlıq dinamikasını və yayılmasını təyin edir;
- Bitki mühafizəsi üzrə görüləcək işlər barədə təkliflər verir;
- Bitki mühafizəsi sahəsində görüləcək tədbirlər üzrə aylıq və illik plan hazırlayır və işlərin görülməsini təmin edir;
- Bitkilərin mühafizəsi və yerüstü xidmət işlərinin tələb olunan pestisidlərlə aparılması üçün onların əldə edilməsini təşkil edir və təsərrüfatlarda bitkilərin mühafizə tədbirlərinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir;
- Bitkilərin mühafizəsində zərərvericilər, xəstəliklər və alaq otlarına qarşı aparılan tədbirlərdə qabaqcıl təcrübələrin və elmin son nailiyyətlərinin tətbiq edilməsini təmin edir, sınaqdan keçmiş preparatların tətbiqini həyata keçirir;
- Bitki mühafizəsində mütərəqqi metodlardan düzgün və səmərəli istifadə etmək məqsədi ilə qabaqcıl təcrübənin tətbiq edilməsini həyata keçirir;
- Bitki mühafizəsində kimyəvi vasitələrdən istifadə olunduqda texniki təhlükəsizliyin təmin olunmasına nəzarət edir.
Tələblər
- 9-cu dərəcə: orta ixtisas təhsili, 3 ilə qədər staj; müvafiq ixtisas üzrə ali təhsil, əmək stajına tələb qoyulmadan;
- 10-cu dərəcə: orta ixtisas təhsilli, 3 ilədək 9-cu dərəcə staj; müvafiq ixtisas üzrə ali təhsil, 2 ilədək 9-cu dərəcə staj;
- MS Windows, MS Office, İnternet və s. biliklər.