Aparıcı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700-1000 AZN. Kontakt Home Aparıcı vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyətcil və təqdim etmə bacarıqları olmalıdır.

Company: Kontakt Home

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vakansiya: Aparıcı

Vəzifələr:

  • Çəkiliş üçün təqdim olunacaq mətni mənimsəmək;
  • Çəkiliş zamanı mətni səsləndirmək, məhsul haqda məlumat vermək və onu ətraflı təsvir etmək.
  • Detal çəkilişlərində məhsulun işlədilməsi və hissələrinin göstərilməsində iştirak etməlidir.

Tələblər:

  • Aparıcılıq qabiliyyəti olmalı;
  • Azərbaycan dilində dialektsiz, səlis danışmalı və qüsursuz nitq qabiliyyətinə sahib olmalıdır;
  • Görünüşü efirə uyğun olmalı;
  • Hazırcavab və yaxşı yumora sahib olmalıdır;
  • Ünsiyyətcil və təqdim etmə bacarıqları olmalıdır.

İş barədə məlumat:

  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki: 09:00- 18:00, 5 gün, şənbə və bazar günləri istirahət günləridir
  • Əmək haqqı: 700-1000 AZN
  • Karyera inkişafı imkanları

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aparıcı” qeyd edərək şəkilli CV-nizi hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı