Aparıcı mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Alliance tax and finance” MMC Aparıcı mühasib üzrə vakansiya elan edir.

Namizəd üçün tələblər

  • Müvafiq sahə üzrə ali təhsil (Maliyyə, Mühasibat uçotu )
  • Mühasibatlıq sahəsində minimum 3 il iş təcrübəsi;
  • “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə hesabatlarının Beynəlxalq Standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydalarını bilməli;
  • Xüsusi analitik düşüncə və təqdim etmə bacarıqları;
  • Peşəkar səviyyədə Microsoft Office proqramlarını(xüsusilə Excel) bilməli, 1C proqramında işləmək bacarığı;
  • Dil bilikləri: Rus dili-vacibdir. İngilis dili-arzuolunandır;
  • Yaş həddi: 25-38 aralığı;

İş barədə məlumat

  • Mövcud qanunvericiliyə uyğun olaraq və mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Elektron Qaimə Faktura, Hesab Fakturaların tərtib edilməsi və göndərilməsi;
  • Rəsmi hesabatların (Vergi, DSMF, Statistika) hazırlanılması və (aylıq, rüblük və illik) təqdim edilməsi;
  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi;
  • Anbarın izlənilməsi, yoxlanılması və nəzarətin həyata keçirilməsi;
  • Şəxsi hesab vərəqənin yoxlanılması;
  • Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət və s. əməkhaqqı ilə bağlı sənədlərin hazırlanılması, hesablanılması və müvafiq ödənişlərin həyata keçirilməsi;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Korporativ siyasət və prosedurlara uyğun olaraq iş prosesinin idarə edilməsi;
  • İşlə bağlı rəhbərlik tərəfindən verilən əlavə tapşırıqların yerinə yetirilməsi;

İş rejimi

  • 5 günlük iş qrafiki (09:00-18:00)
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş yeri: Bakı şəhəri, N.Nərimanov, Həsənoğlu 4
  • Əmək haqqı:1000-1200 AZN

Tələblərə uyğun gələn namizədlər Cv-lərini aparıcı mühasib qeyd etməklə  hr@alc-finance.com mail ünvanına göndərə bilərlər. (yalnız tələblərə uyğun gələn namizədllər müraciət etsinlər.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı