Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Zaman Broker Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə Öhdəlikləri:
- Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisədə aparılan mühasibat uçotuna nəzarət;
- Vergi hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
- Dövlət Vergi Xidmətindən gələn məktubların cavablandırılması;
- Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi;
- Statistika Hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
- Müəssisənin fəaliyyətinə nəzarət edən dövlət orqanına broker hesabatlarının təqdim edilməsi;
- ƏƏSMN, DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sisteminə (e-gov.az) daxil edilməsi;
- Bütün növ əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
- Debitor və Kreditor hesablaşmaların izlənməsi;
- Xərclər üzərində nəzarətin təmin edilməsi;
- Maliyyə / Mühasibatlıq uçot proqramında (ERP) aparılmış əməliyyatların yoxlanılması, müxabirləşmələr üzrə rüblük audit;
- Audit tapıntılarının aradan qaldırılması üzrə müvafiq işlərin aparılması və tədbirlərin görülməsi;
- Ayın / İlin bağlanmasının koordinasiya edilməsi;
- İş prosesində məlumatların məxfiliyinin saxlanılması.
Tələblər:
- Müvafiq sahədə ən azı 5 (beş) il iş təcrübəsi;
- Maliyyə, Mühasibat uçotu, Audit sahəsində ali təhsil;
- Əmək Məcəlləsi, Vergi Məcəlləsi və Mühasibat üçotu haqqında qanun üzrə dərin biliklər;
- IFRS (beynəlxalq mühasibat uçotu standartları) üzrə biliklər;
- ACCA sertifikatları F3 (Financial Accounting), F7 (Financial Reporting);
- Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı;
- ERP və digər İT platformalarda işləmə bacarığı;
- Səlis Azərbaycan və İngilis dilləri üzrə biliklər; Rus dili arzuolunandır.
- İdarəetmə, dəqiqlik, analitik təhlil qabiliyyətləri;
- İşi düzgün planlamaq bacarığı.
Əmək haqqı:
- 3 (üç) ay sınaq müddətində Gross AZN1,700.00 (bir min yeddi yüz manat 00 qəpik)
- Sınaq müddətindən sonra Gross AZN2,000.00 (iki min manat 00 qəpik)
Oxşar vakansiya siyahısı:
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...