Aparıcı mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AS Nagliyyat Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Öhdəliklər:

  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyətin hesablanması;
  • Bank əməliyyatları, material hesabatları, debitor və kreditorların uçotunun aparılması;
  • Yük Gömrük Bəyannamələrini mühasibatlıqda əks etdirmək və İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək və üzləşmə aktlarının tərtibi;
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edəcək;
  • İnsan Resurslarının proses və prosedurları çərçivəsində sənədləşməni aparır;
  • Əmək və Məşğulluq altsistemində lazımi qeydiyyatlar aparır;
  • İşçilərin icbari sığortalanmasını həyata keçirir.

Namizəddən tələblər:

  • Maliyyə, mühasibatlıq və iqtisadi yönümlü sahədə ali təhsil;
  • Mühasibatlıq sahəsində ən azı 3-5 illik iş təcrübəsi
  • Əmək haqqı hesablamasını üzrə mükəmməl bilik və təcrübə;
  • Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı;
  • BTP,ƏMAS, Microsoft Office proqramlarını, əsasən Excel və 1C mükəmməl bilmək;
  • Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə mükəmməl biliklər;
  • Əmək məcəlləsi və mülki məcəllə üzrə ümumi biliklər;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
  • İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti, mal-materialların uçotunun aparılması üzrə biliklərə sahib olmalı;
  • Peşəkar mühasib sertifikatının və Beynəlxalq mühasibatlıq sertifikatlarının olması üstünlükdür;

Digər məlumatlar:

  • Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 5 gündür (8:00-17:00)
  • Nahar şirkət tərəfindən verilir.
  • Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq net 900-1200 AZN aralığında olacaq.

Elanda qeyd edilən tələblərə uyğun olan namizədlər mövzu hissəsində vakansiyanın adını – Aparıcı mühasib, qeyd etməklə CV formalarını e-mail ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Maliyyə üzrə mütəxəssis

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

17.05.2024 - Bakı

1000 — 1500 ₼
İstehsalat üzrə mühasib

Abacus Audit And Consulting İstehsalat üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

14.05.2024 - Bakı

Kredit mütəxəssisi

Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...

Falcon Finance

03.05.2024 - Xudat

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı