Qısa məzmun
Caspos MMC Aparıcı Mühasib vəziəfəsi üzrə vakansiya elan edir.
Struktur hissəsi: Mühasibatlıq
Birbaşa tabeçilik: Baş mühasib
Funksional tabeçilik: Maliyyə departamentinin direktoru
Məsuliyyət və vəzifələr:
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılmasını yerinə yetirir.
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
- Mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
- Cəmiyyət üzrə kreditorlarların uçotunu aparır;
- Cəmiyyət üzrə debitorların uçotunu aparır;
- Cəmiyyətin əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu aparır;
- Bank sənədlərini tərtib edir;
- Kassa uçotuna nəzarət edir;
- Balans, Mənfəət zərər hesabatının hazırlanmasında iştirak edir, pul vəsaitlərin hərəkəti haqqında hesabat;
- Müvafiq müxabirləşmələri verir.
Tələblər:
- Ali təhsil
- Mühasibat proqramlarını (1C) bilmək və kompüterdə işləmək bacarığı
- Qeyd olunan peşədə azı 2 il əmək stajı
Fərdi keyfiyyətlər:
- Məsuliyyətlilik
- Diqqətlilik
- Səliqəlilik
Məşğulluq: Tam
Oxşar vakansiya siyahısı:
Aparıcı mühasib
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...