Əsas vəzifə öhdəlikləri:
- Bank əməliyyatları, material hesabatları, debitor və kreditorların uçotunun aparılması;
- Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
- Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Mühasibatlıq sahəsi üzrə bütün əhəmiyyətli məlumatlara sahib olma və bununla əlaqədar iş təcrübəsi;
- Əmək haqqı hesablamasını üzrə mükəmməl bilik və təcrübə;
- Vergi və mühasibat uçotunun tam sərbəst şəkildə aparılması bacarığı;
- Microsoft Office proqramlarını, əsasən Excel və 1C-ni mükəmməl bilmək;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini və tələb edilən qanunvericilik sahələrini bilmək;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Əlaqədar vəzifə üçün nəzərdə tutulan iş qrafiki həftəlik 6 gündür. İstirahət günü bazar günüdür.
Maaş müsahibə qiymətləndirmə nəticələrindən asılı olaraq net 1200-1400AZN aralığında olacaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adını qeyd edərək göndərə bilərlər.
Diqqətinizə çatdırlır ki; bütün müraciətlərə ayrı ayrı, diqqətlə baxılır və bütün namizədlərə ədalətli və bərabər imkanlar verilir. Elanda göstərilən xüsusiyyətlərə ən yaxın namizədlərlə əlaqə saxlanılır. Digər namizədlərin CV- ləri isə daha uygun vakansiyalarda dəyərləndirilmək məqsədilə portala əlavə edilir.
Oxşar vakansiya siyahısı:
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...