Qısa məzmun
Ə/h razılaşma yolu ilə. MSDIS Holding Aparıcı mühasib Vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Vergi, Statistika və DSMF hesabatların hazırlanması və göndərilməsi;
- Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
- Mal-materialların alış-satışı, həmçinin yerdəyişməsi ilə bağlı hesabatların aparılması və nəzarətdə saxlanılması;
- Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunun aparılması;
- Vergi orqanlarından daxil olan məktub və müraciətlərin cavablandırılması, müvafiq yazışmaların həyata keçirilməsi;
- Kreditor və debitorlar ilə müvafiq üzləşmələrin aparılması;
- Görülən işlər barədə aylıq və illik hesabatların tərtib olunması;
- Mühasibatlıqla əlaqədar rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə,Mühasibat uçotu və audit üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office və 1C (8.3) proqramlarından sərbəst istifadə bacarığı;
- Vergi və Əmək Qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
- E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
- Analitik düşüncə və komandada işləmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur;
- İş yeri: Nərimanov rayonu, Arif Heydərov küç., 120-122;
Maraqlanan namizədlər öz CV-lərini emailin mövzu hissəsində “Aparıcı mühasib” qeyd edərək cv@msdisholding.az e-ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, müraciət sıxlığından dolayı yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Bokt “Falcon Finance” MMC Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır. ...
Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...