Aparıcı mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FinexKredit BOKT Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. Diqqətli və Operativ olmalıdır.

Namizədə dair tələblər:

  • İqtisadiyyat və mühasibat sahəsində ali təhsil;
  • Bankda və ya BOKT-da iş təcrubəsinə sahib olmalı;
  • İş təcrübəsi : 3 ildən-5 ilə qədər;
  • Yaş həddi 25-45 yaş;
  • Azərbaycan və rus dilini mükəmməl səviyyədə bilmək (ingilis dilini yaxşı səviyyədə bilmək arzu olunandır);
  • Maliyyə hesabatlarının forma və qaydasını bilməli;
  • Bakı şəhəri ərazisində yaşayan şəxslər tələb olunur;
  • İşində ciddi və məsuliyyətli olmalı;
  • Analitik düşünmək qabiliyyəti;
  • Hüquqi və fiziki şəxslərdən vergi tutulması şərtlərini;
  • Mühasibat uçotu hesablarından çatışmazlıqların, debitor borclarının və digər itkilərin silinməsi qaydasını bilməli;
  • Azərbaycan Respublikasının Konstitusiyasını, mühasibat barədə qanunvericiliyi bilməli; Vergi və Əmək Məcəlləsi üzrə biliklərə sahib olmalıdır;
  • İstənilən problemi zamanında cəld,operativ həll etmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
  • Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək,gündəlik görülən işlər haqqında məlumat vermək;
  • Kompüter:Microsoft Office Programs (Word, Excel), Outlook Express proqramlarını bilmək mütləqdir.

İş barədə məlumat:

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili, Sənədlərlə işləmə bacarığı
  • Daxili mühasibat uçotunun aparılması
  • Qaimə və vergi hesab fakturaların yazılması
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
  • Debitor və kreditor üzrə uçotun aparılması və hesablaşmalarına ciddi nəzarət olunması
  • Bank və kassa əməliyyatları
  • Əmək haqqının hesablanması
  • Online kargüzarlıq və e- qaime portallardan istifadə etmə bacarığı

Qeyd olunan tələblərə uyğun gələn namizədlər “Aparıcı mühasib” başlığından istifadə edərək, öz CV və peşəkar karyera məlumatlarını, leyli.mammadova@finexkredit.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı