Aparıcı mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

FORTİS GROUP MMC Aparıcı mühasib vakansiyası elan edir.

Aparıcı mühasib 

  • İş yeri: Xırdalan şəhəri

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
  • Unity Logo, MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı);
  • Müvafiq sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Təhlil və analiz etmə qabiliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;
  • Maliyyə Nazirliyinin təsdiqlədiyi uçotun aparılması qaydalarını bilməli;
  • Vergi Məcəlləsinin tətbiq edilməsində kifayət qədər təcrübəsi olmalı;
  • PMS arzuolunandır;

Əsas vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun qurulması, həmin prosesə nəzarət edilməsi, uçotun Beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması;
  • Müəssisənin ümumi strateji planı çərçivəsində mühasibat uçotunun icrasının təmin edilməsi;
  • Vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi;
  • Digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanması və təqdim edilməsi;
  • Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə hesabatların hazırlanması və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi, məlumatların operativ təqdim edilməsinə nəzarətin təmin edilməsi;
  • Daxil olan pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin, əsas vəsaitlərin uçotunu aparılmasının və xərclər smetasının hazırlanmasının təmin edilməsi;
  • Müəssisənin debitor və kreditorlar üzrə hesablaşmalarında dəqiqliyin təmin edilməsi;
  • Mal-material, xidmət, zəmanət və avanslarla əlaqədar hesablamaların həyata keçirilməsi və uçotunun aparılması;
  • Müəssisənin xərclərinin optimallaşdırılmasına və maliyyə intizamının gücləndirilməsinə yönəldilmiş tədbirlərin hazırlanması və icrasına nəzarət edilməsi;
  • Maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsinin təmin edilməsi;
  • Hesabat sənədlərinin düzgün tərtib olunmasının və tərkibində olan məlumatların doğruluğunun təmin edilməsi;
  • Logo proqram təminatında əsas modullarının funksiya və imkanları üzrə biliklərin olması;
  • Rəhbərliyin tələb etdiyi forma və müddətlərdə, Logo proqram təminatında maliyyə hesabatlarının hazırlanması;
  • Yeni tətbiq olunacaq modulların test olunması;
  • Yeni modulların implementasiyası və istifadəçilərə təlimlərin verilməsi.
  • Logo proqram təminatında proqramlaşdırma və dəstək işlərinin görülməsi;
  • Yeni proyektlərin analizi və buna uyğun olaraq texniki tapşırıqların yazılması;
  • Logo proqram təminatından istifadə edən istifadəçilərə rəhbərlik tərəfindən müəyyən edilmiş yeni istifadəçi səlahiyyətlərinin verilməsi və ya alınması;
  • Logo proqram təminatında çıxan problemlərin təhlili və həlli;
  • Logo proqram təminatı istifadəçilərinin yeni istəklərinin təhlili və mümkün həlli;
  • Logo proqram təminatı üzrə məlumatların sistemə daxil olunması;
  • Logo proqram təminatında hesabat və çap formalarının hazırlanması;
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirilməsi;

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.
  • Korporativ nömrə ilə təmin edilir.
  • Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Aparıcı mühasib” yazaraq Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

1500 — 2000 ₼
Maliyyə nəzarət mütəxəssisi

AGRO - WEST DC LLC şirkəti Maliyyə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

28.08.2025 - Bakı

700 — 900 ₼
Mühasib-operator

Siyəzən Broyler MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Siyəzən Broyler

28.08.2025 - Bakı

Aparıcı mühasib

SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

25.08.2025 - Lənkəran

Aparıcı mühasib

SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

22.08.2025 - Lənkəran

Mühasib

Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.08.2025 - Şəmkir

500₼
Kassir

Ə/h 500 AZN + bonus. Super Toys Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

19.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

14.08.2025 - Bakı

600 — 800 ₼
Mühasib

Business Service Centre LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Business Service Centre LTD

11.08.2025 - Bakı

900 — 1100 ₼
1C operator

Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...

Camal LTD

07.08.2025 - Bakı