Qısa məzmun
Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a
Vəzifələr:
- Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Tabeçiliyində olduğu Maliyyə Direktoruna gündəlik hesabatların verilməsi.
Tələblər:
- Təhsil : Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)
- İş təcrübəsi : Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi
- Azərbaycan dili (ana dili); İngilis dili (B2); Rus dili arzuolunandır
- Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;
- 1C 8.3 mühasibat proqramında sərbəst işləmək bacarığı zəruridir;
- İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
- Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli
İş şəraiti:
AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:
İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00
Nahar: 13:00-14:00
İstirahət günləri: şənbə, bazar
Əmək haqqı: Razılaşma yolu ilə
Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina
Email: hr@az-net.az
CV göndərilərkən məzmun yerində “aparıcı mühasib” qeyd olunması mütləqdir.
Oxşar vakansiya siyahısı:
Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Superfon şirkəti Maliyyə monitorinqi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400-800 AZN. International BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Әla ünsiyyət qurma və komandada işləmək bacarığı olmalıdır. ...
Должностные обязанности: Оформление и отражение операций по продаже (оптовые, розничные и эк ...