Aparıcı mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azertexnolayn LLC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dilini bilməsi üstünlükdür.

Əsas vəzifə öhdəlikləri:

  • Xarici alışlar üzrə maliyyə əməliyyatlarını həyata keçirir;
  • Bank əməliyyatlarının (banka gələn və göndərilən köçürmələr) aparılmasını həyata keçirir;
  • Məhsulun maya dəyərinin hesablanması;
  • Əsas vəsaitlərin uçotunun aparılması;
  • İdxal-ixrac əməliyyatlarının aparılması, yük gömrük bəyannamələrinin işlənməsi;
  • Nəqliyyat və daxili təchizat üçün ayrılmış maddi vəsaitlərin hesabatlarını qəbul edir, sənədləri yoxlayaraq qiymətləri proqrama daxil edir;
  • Ödəmə mənbəyindən vergi hesablanması və tutulmasını tələb edən əməliyyatların işlənməsi;
  • Xarici şirkətlərlə hesabların üzləşməsini həyata keçirir, arada olan fərqlilikləri aydınlaşdırır, aradan qaldırır, təhtəlhesabları yoxlayır;
  • Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi;
  • İnventarizasiyasının aparılmasında iştirak edilməsi;
  • Maliyyə sənədlərinin dizayn formalarını hazırlayır, sənədləşmələri həyata keçirir, sənədləri arxivləşdirir;
  • Bölmələrdən daxil olan sifarişlər əsasında ilk dəfə alınacaq materiallara sistem üzərindən qruplar üzrə kodlar açır;
  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirilməsi.

Seçim meyarları:

  • İş təcrübəsi: İstehsalat sferasında minimum 3 il
  • Təhsili/ixtisası: Ali iqtisadi təhsilTəlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdürBacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramını bilməsi əlavə üstünlükdür
  • Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdü
  • Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət
  • qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)

İş şərtləri:

  • Struktur: Polad Boru Zavodu / Maliyyə şöbəsi
  • İş rejimi: Bazar ertəsi – Cümə günləri 08:00 – 17:00
  • İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
  • Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.

Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Aparıcı muhasib” başlığı altında terlan.qurbanov@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı