Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azertexnolayn LLC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dilini bilməsi üstünlükdür.
Əsas vəzifə öhdəlikləri:
- Xarici alışlar üzrə maliyyə əməliyyatlarını həyata keçirir;
- Bank əməliyyatlarının (banka gələn və göndərilən köçürmələr) aparılmasını həyata keçirir;
- Məhsulun maya dəyərinin hesablanması;
- Əsas vəsaitlərin uçotunun aparılması;
- İdxal-ixrac əməliyyatlarının aparılması, yük gömrük bəyannamələrinin işlənməsi;
- Nəqliyyat və daxili təchizat üçün ayrılmış maddi vəsaitlərin hesabatlarını qəbul edir, sənədləri yoxlayaraq qiymətləri proqrama daxil edir;
- Ödəmə mənbəyindən vergi hesablanması və tutulmasını tələb edən əməliyyatların işlənməsi;
- Xarici şirkətlərlə hesabların üzləşməsini həyata keçirir, arada olan fərqlilikləri aydınlaşdırır, aradan qaldırır, təhtəlhesabları yoxlayır;
- Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabında əks etdirilməsi;
- İnventarizasiyasının aparılmasında iştirak edilməsi;
- Maliyyə sənədlərinin dizayn formalarını hazırlayır, sənədləşmələri həyata keçirir, sənədləri arxivləşdirir;
- Bölmələrdən daxil olan sifarişlər əsasında ilk dəfə alınacaq materiallara sistem üzərindən qruplar üzrə kodlar açır;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatların (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər və s. hesabı) yerinə yetirilməsi.
Seçim meyarları:
- İş təcrübəsi: İstehsalat sferasında minimum 3 il
- Təhsili/ixtisası: Ali iqtisadi təhsilTəlim və kurslar: Mühasibatlıq və maliyyə təlimlərinə qatılması əlavə üstünlükdürBacarıqlar: MS office (excell yüksək səviyyədə), Logo proqramını bilməsi əlavə üstünlükdür
- Dil bilikləri: Rus və ingilis dilini bilməsi üstünlükdü
- Fərdi keyfiyyətlər: Analitik düşünmə, analiz etmə qabiliyyəti, məlumat toplama və təhlil etmə, dəqiqlik, məsuliyyət, ünsiyyət
- qabiliyyəti, düzgün qərar vermə, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmə, aktiv öyrənmə bacarığı (özünütəkmilləşdirmə)
İş şərtləri:
- Struktur: Polad Boru Zavodu / Maliyyə şöbəsi
- İş rejimi: Bazar ertəsi – Cümə günləri 08:00 – 17:00
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1
- Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Qeyd edilən tələblərə uyğun gələn namizədlərdən CV-lərini “Aparıcı muhasib” başlığı altında terlan.qurbanov@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...