Aparıcı Hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Embafinans Aparıcı Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Əla səviyyədə Azərbaycan dili biliyi tələb olunur.

İŞ ŞƏRAİTİ:

  • İş qrafiki: həftədə 5 gün/ 09:00-18:00
  • Əmək haqqı: Namizədin bilik və təcrübəsindən asılı olaraq, müəyyən olunacaq
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali hüquqi təhsil,
  • Minimum 3 il iş təcrübəsi
  • Mülki, mülki-prosessual, icra haqqında və ipoteka haqqında qanunvericiliyi bilməli;
  • Əla səviyyədə Azərbaycan dili biliyi.
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • MS office proqramlarında ( Word, Excel, Outlook ) yüksək səviyyədə işləmək bacarığı;
  • Analitik düşüncə, ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • İcraatda olan məhkəmə qərarlarının qeydiyyatının aparılması və icra vəziyyətinin nəzarətdə saxlanılması;
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi üçün tələb edilən işlərin icra edilməsi;
  • İcra sənədlərinin icrası ilə bağlı olaraq məhkəmələrə və icra orqanlarına ərizə və müraciətlərin göndərilməsi və həmin işlər üzrə Cəmiyyətin məhkəmələrdə və icra
  • orqanlarında təmsil edilməsi;
  • İcraatında olan işlərlə bağlı hesabatların tərtib edilməsi;
  • İcra orqanları ilə əməkdaşlığın təmin edilməsi məqsədilə regionlara mütəmadi olaraq səfər edilməsi;
  • Rəhərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi;

    Maraqlanan namizədlər CV-ni mövzu hissəsində “Hüquqşünas ” qeyd edərək, IseQebul@embafinans.az email ünvanına göndərə bilər

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı