Yandex-watch
Aparıcı (Baş) mühasib peşəsi üzrə vakansiya — İntex Audit — iş elanları 2020

Aparıcı (Baş) mühasib peşəsi üzrə vakansiya 2020 / 2021

Elanın müddəti bitmişdir

Ə/h razılaşma yolu ilə. İntex Audit Aparıcı (Baş) mühasib vəzifəsi üzrə vakansiya elan edir. Azı 5 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır.

Auditor vakansiya 2021

Tələblər:

  • Azı 5 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
  • Vergi qanunvericiliyini mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
  • Mühasibat uçotunu mükəmməl bilməlidir;
  • İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
  • Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 7.7-8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
  • Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
  • İdarəetmə bacarığı olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
  • Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir.

Vəzifələr:

  • Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
  • Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
  • Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
  • Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
  • İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
  • Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi (I – V günlər, 09:00 – 18:00);
  • Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını [email protected] email ünvanına göndərə bilərlər.

Aparıcı əməliyyatçı

"Rabitabank" ASC Naxçıvan şöbəsinə Aparıcı əməliyyatçı vakansiyası üzrə işə qəbul elan edir.

Rabitabank OJSC - Naxçıvan - 26.11.2021

Mühasib-operator

Avromak MMC Mühasib-operator vəzifəsi üzrə vakansiya elan edir. AR ƏM əsasən rəsmiləşdirmə olacaqdır.

Avromak MMC - Bakı - 26.11.2021

Junior accountant

Requirements: Specialized education (accounting/finance ect.) Work experience 3+ years Female applicant is preferable Foreign language skills is an advantage Experience in related business is  an advantage Full time Responsibilities: İssuing and payment of invoices. Bank account balance control Finance documents control Payment of salaries (balance to the bank card) (up to 10 employees) Communication with […]

Fregat LLC - Bakı - 26.11.2021

Aparıcı xəzinədar

Ə/h razılaşma yolu ilə. Rabitabank OJSCAparıcı xəzinədar vəzifəsi üzrə vakansiya elan edir.

Rabitabank OJSC - Naxçıvan - 26.11.2021

Experienced Senior Tax Consultant

The main duties of the successful candidate will be: Dealing with different tax and accounting issues Preparation and review of monthly internal and external reports Review of the reports to the state authorities Regular communication with clients and the state authorities Advising clients on accounting and tax issues; Leading and training junior staff; Other duties […]

Nexia Azerbaijan - Bakı - 26.11.2021

Mühasib

Caspel LTD Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Kollektivdə işləmə bacarığı olmalıdır.

Caspel LTD - Bakı - 26.11.2021

Kredit mütəxəssisi (təcrübə proqramı)

Güvənli MMC Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti olmalıdır.

Güvənli MMC - Bakı - 26.11.2021

Mühasibatlıq şöbəsinin rəhbəri

PASHA Insurance Mühasibatlıq şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir.

PASHA Insurance - Bakı - 26.11.2021

Girovlarla iş və qiymətləndirmə şöbəsinin mütəxəssisi\aparıcı mütəxəssisi

Kapital Bank Girovlarla iş və qiymətləndirmə şöbəsinin mütəxəssisi\aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Kapital Bank - Bakı - 26.11.2021

Finance Manager

Responsibilities: Accounting system set up and management. Managing the processes for financial forecasting and budgets; and overseeing the preparation of all financial reporting. Handling everything relating to cash flow and financial planning. Cost & management reporting, including actual vs. budget analysis. Establish and periodically review formal financial procedures. Providing strategic recommendations to GM on financial […]

MB Architects - Bakı - 25.11.2021

Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis

PASHA Bank Son İstifadəçilərə Dəstək üzrə Kiçik Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

PASHA Bank - Bakı - 25.11.2021

600 — 800 ₼

Monitoring üzrə mütəxəssis

Evro İnşaat MMC Monitoring üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Evro İnşaat MMC - Bakı - 25.11.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et