Aparıcı (Baş) mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. İntex Audit Aparıcı (Baş) mühasib vəzifəsi üzrə vakansiya elan edir. Azı 5 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır.

Tələblər:

  • Azı 5 il özəl sahədə mühasiblik təcrübəsi olmalıdır;
  • Vergi qanunvericiliyini mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
  • Mühasibat uçotunu mükəmməl bilməlidir;
  • İlkin sənədləşmələri, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməlidir;
  • Office proqramlarında, əsasən EXCELL və WORD proqramlarında yüksək səviyyədə işləmə bacarığı olmalıdır;
  • 1C 7.7-8.3 mühasibat proqramında işləməyi bacarmalıdır;
  • Azərbaycan dilini mükəmməl, Rus dilini yaxşı səviyyədə bilməlidir. İngilis dilini də bilmək əlavə üstünlükdür;
  • İdarəetmə bacarığı olmalıdır;
  • Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq və yaranmış problemləri həll etmək bacarığı, fəal və işə planlı yanaşma bacarığı vacibdir;
  • Riyazi hesablama aparma, təhlil etmə qabiliyyəti olmalıdır;
  • Təzyiq altında işləmə bacarığı, stress şəraitinə dözümlülük xüsusi dəyərləndirilir.

Vəzifələr:

  • Vergi məcəlləsinin və Beynəlxalq Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurmaq;
  • Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparmaq;
  • Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
  • Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
  • Elektron Qaimə Fakturaları tərtib etmək və göndərmək;
  • İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
  • Aylıq, rüblük və illik Vergi bəyannamələrini (əlavələrlə birlikdə), DSMF və Statistika hesabatlarını tərtib və təqdim etmək;
  • Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq-hesabların, xəstəlik vərəqələrinin hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr etmək;
  • Gördüyü işlərlə bağlı gündəlik və aylıq hesabatlar tərtib etmək;
  • Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
  • Məxfilik prinsiplərini pozmamaq.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi (I – V günlər, 09:00 – 18:00);
  • Əmək haqqı məbləği hazırki vakansiyaya namizəd şəxsin bilik və bacarıq səviyyəsinə əsasən təyin edilir (bilik və bacarıq səviyyəsi yuxarıda qeyd olunmuş siyahıya əsasən müəyyənləşdirilir)

Uyğun namizədlər “Mövzu” bölməsində vakansiyanın adını qeyd etməklə şəkilli CV formasını vacancy@intexaudit.az email ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Aparıcı mühasib

Aznet Technologies QSC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir.a ...

Aznet Technologies

18.06.2025 - Bakı

1000 — 1800 ₼
Mühasib

Ə/h 1000-1800 AZN. Abacus Audit And Consulting Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Abacus Audit And Consulting

30.05.2025 - Bakı

1300₼
Mühasib (Əmək haqqı və ödəmələr üzrə)

Askona Mühasib (Əmək haqqı və ödəmələr üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...

Askona

29.05.2025 - Bakı

Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis

Zeytun Pharmaceuticals Daxili Audit Üzrə Kiçik Mütəxəssis/ Mütəxəssis/ Aparıcı Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zeytun Pharmaceuticals

27.05.2025 - Bakı

Satış üzrə mühasib

Oven Food Bakery Satış üzrə mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Oven Food Bakery

23.05.2025 - Bakı