Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AccessBank Aparıcı/ Baş Daxili Auditor vəzifəsi üzrə vakansiya elan edir. Audit standartlarını təcrübədə tətbiq etmək bacarığı olmalıdır.
Öhdəliklər:
- Daxili Audit Departamentinin fəaliyyətinin təşkil edilməsində və idarə olunmasında Departament rəhbərinə kömək edir;
- Audit rəylərinin prosesə, mövcud vəziyyətə və risklərə tam surətdə əsaslanmasını təmin edir;
- Audit rəylərinin düzgün qaydada sənədləşdirilməsini təmin edən dəlilləri əldə edərək nəzərdən keçirir;
- Departamentdə müəyyən olunmuş standartlara və peşə standartlarına hər zaman riayət olunmasını təmin edir;
- Mühasibatlıq, Maliyə Hesabatlılığı, Risk İdarəçiliyi və Korporativ İdarəetmə istiqamətlərində, biznesə dəstək və idarəetmə sahələrində audit təyinatlarına nəzarət edir;
- Yüksək keyfiyyətə, dəqiqliyə və effektiv nəticələrə nail olmaq şərti ilə, qoyulmuş vəzifələri ydın və anlaşılan şəkildə əməliyyat heyətinə həvalə edir.
Tələblər:
- Ali təhsil (iqtisadi təhsilə üstünlük verilir);
- Daxili audit, maliyyə hesabatlılığı, büdcə nəzarəti, bank sahəsində risk idarəçiliyi və ya kənar audit sahələrində ən azı 3 illik iş təcrübəsi;
- Güclü təşkilatçılıq və nəzarət vərdişləri, o cümlədən rəqabətli prioritetlər qoymaq, vaxt məhdudiyyətlərinə və öhdəliklərə riayət etmək bacarığı;
- Kiçik heyətə rəhbərlik etmək və uğurlu nəticələri təmin etmək bacarığı;
- Daxili Auditorlar Təşkilatının Etik Məcəlləsini, Beynəlxalq Peşəkar Təcrübə
- Şərtlərini yaxşı bilmək və başa düşmək;
- Audit standartlarını təcrübədə tətbiq etmək bacarığı.
- Bankın maliyyə hesabatlılığı prosesini yaxşı başa düşmək;
- Risk idarəçiliyi və daxili nəzarət konsepsiyalarını aydın başa düşmək və tətbiq etməyi bacarmaq;
- Mükəmməl şifahi və yazılı ünsiyyət vərdişləri;
- Mükəmməl dinləmə vərdişləri və məntiqi çatışmazlıqları müəyyən etmək bacarığı;
- Mükəmməl Azərbaycan, rus və ingilis dili biliyi;
- Beynəlxalq Maliyyə Hesabatları Standartlarını (IFRS) və Beynəlxalq Audit Standartlarını (ISA), yerli mühasibat standartlarını bilmək;
- Yerli bankçılıq reqlamentlərini, eləcə də müvafiq vergi qanunlarını bilmək üstünlük hesab olunur.
Maraqlanan şəxslər öz CV formalarını 30 Sentyabr 2020-ci il (daxil olmaqla) tarixindən gec olmayaraq albina.adinayeva@accessbank.az elektron ünvanına göndərə bilərlər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...