Aparıcı Audit
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Mətanət A” şirkəti Aparıcı Audit vəzifəsi üzrə vakansiyasını elan edir

İşin təsviri:

  • Təsdiq olunmuş İllik Audit Planına və rəhbərin göstərişlərinə uyğun olaraq təyin edilmiş audit layihələrində, monitorinq və təqib auditlərdə və xüsusi auditlərdə iştirak etmək;
  • Audit layihəsi çərçivəsində müəyyən edilmiş audit prosedurlarını həyata keçirmək (biznes proseslərinin sahibləri ilə müsahibələr aparmaq, məlumat toplamaq, əldə edilmiş məlumatları təhlil etmək və s.) və aşkar edilmiş çatışmazlıqlar barədə layihə rəhbərinə məlumat vermək;
  • Audit layihəsi çərçivəsində həyata keçirilən risklərin idarə edilməsi, monitorinq və idarəetmə proseslərinin effektivliyinin qiymətləndirilməsi;
  • Aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün şirkət rəhbərliyi tərəfindən razılaşdırılmış audit tövsiyyələrin icrasına nəzarət edilməsi;
  • Audit layihəsi üzrə iş proqramının hazırlanmasına rəhbərliyə köməklik göstərmək;
  • Audit hesabatının hazırlanmasında rəhbərə dəstək olmaq;
  • Auditin həcmi və vaxtı haqqında hesabatın hazırlanmasına köməklik göstərmək;
  • Layihə rəhbəri və Daxili Audit Departamentinin direktoru tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

İş şəraiti:

  • İş saatı: 09-00-dan 18-00-dək;
  • İstirahət: Şənbə və  bazar günü.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

  • Ali iqtisadi və ya hüquq təhsili (digər sahələr üzrə Ali təhsil olduqda müvafiq sahələrdə ən azı 6 il iş təcrübəsi);
  • Müvafiq iş təcrübəsi: 6 ildən artıq ümumi iş təcrübəsi, bunun 3 ildən çoxu auditlə bağlı vəzifələrdə;
  • İstehsal sektorununda iş təcrübəsi üstünlükdür;
  • CIA / CFSA / ACCA / CPA / CIMA / CISA / CFA (L1) üstünlükdür.
  • Tələb olunan bacarıqlar
  • İstehsal sektorunu tənzimləyən normativ sənədləri bilməsi arzuolunandır;
  • Audit prosedurlarının yerinə yetirilməsi üçün müvafiq sektor və biznes prosesləri haqqında biliklər;
  • Detallara yüksək diqqət və əla analitik bacarıqlar;
  • Ünsiyyət bacarıqları;
  • Müstəqil və ya komanda daxilində, az və ya heç bir nəzarət olmadan işləyə və ardıcıl müstəsna iş yarada bilən;
  • Audit standartları və prosedurları, qanunlar, qaydalar üzrə biliklər;
  • Vergi və əmək qanunvericiliyi üzrə biliklər üstünlükdür;
  • MS Office, mühasibat proqramları və verilənlər bazaları üzrə qabaqcıl kompüter bacarıqları;
  • İşgüzar Azərbaycan və İngilis dillərini mükəmməl bilmək;
  • Ağlabatan müstəqil mühakimə.

Cavabdehlik:

  • Effektiv risk və nəzarət qiymətləndirməsini həyata keçirmək;
  • Auditləri vaxtında başa çatdırmaq və hesabatları birbaşa rəhbərinə təqdim etmək;
  • Audit nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq;
  • İşgüzar səfərlər həyata keçirtmək;
  • Biznesin bütün müvafiq daxili tələblərə, sənaye qaydalarına və hökumət qanunvericiliyinə uyğun olmasını təmin etmək.

Xüsusi tələblər:

  • Sürücülük vəsiqəsi – B” kateqoriyası olması mütləqdir;
  • Şəxsi avtomobilin olması mütləqdir.

CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə