Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi
vakansiya — 2026

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ateshgah Sigorta şirkəti Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə tələblər:

  • Təhsil: Ali təhsili mütləqdir
  • İş təcrübəsi: Sığorta anderraytinqi sahəsində minimum 2 il
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) Rus (yaxşı)
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Əsas vəzifə öhdəlikləri:

  • Satış bloklarından daxil olan sorğuların cavablandırılması
  • Qeyri həyat sığortası növləri üzrə portfelin analizlərinin aparılması
  • Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
  • Yeni sığorta qaydalarının, şərtlərin hazırlanması
  • Sığorta məhsullarının hazırlanmasında iştirak

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2  (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Sabit əmək haqqı (gross məbləğ) 899 AZN – 1127 AZN

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

400 — 600 ₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

03.12.2025 - Bakı

Satış Meneceri

BMY Caspian MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

03.12.2025 - Bakı