Qısa məzmun
Pasha İnsurance şirkəti Anderraytinq üzrə assistent vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Riskin səmərəli qiymətləndirilməsi üçün lazımi məlumatları toplamaq və dəyərləndirmək;
- Müxtəlif mənbələrdən əldə olunmuş məlumatlar əsasında müəyyən bir riski qəbul və ya imtina etmək;
- Riskin dəyərləndirilməsi və riskə əsasən ən uyğun tarif və şərtlərin müəyyən olunması;
- Aktuari və birbaşa meneceri ilə birlikdə zərər nisbəti hesabatı prosesində iştirak etmək və cari zərər nisbətini təhlil etmək;
- Birbaşa rəhbərin nəzarəti altında tarif sistemini təşkil etmək;
- Riskin təkrarsığortaya ehtiyacı olub olmadığına qərar vermək.
Bilik və bacarıqlar:
- Ali təhsil: Hüquq və ya İqtisadiyyat;
- Dil bilikləri: yüksək səviyyədə Azərbaycan və İngilis dilləri, Rus dili arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office proqramından yüksək səviyyədə istifadə etmək bacarığı;
- Bilavasitə vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək.
Təcrübə:
- 1 il iş təcrübəsi (sığorta sahəsində təcrübə arzuolunandır).
Bacarıqlar:
- Analitik təhlil, məntiq, məlumatları tez bir vaxtda anlamaq;
- Şirkətin əməliyyat sistemində aparılan əməliyyatları təhlil etmə bacarığı;
- Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
- İngilis dilində sərbəst danışıq və yazışma bacarığı.
Son müraciət tarixi: 22 aprel 2022
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Mühasib
Güvənli MMC Mühasib vəzifəsi üzrə işçi qəbulu elan edir. ...
Audit
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. ...
Komplayens şöbəsinin mütəxəssisi
BOKT “Falcon Finance” MMC (Bakı filialı) Komplayens şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...