Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 700 AZN. Ateshgah Sigorta Həyat sığortası şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir.

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi

Namizədə tələblər:

  • Təhsil: Ali tibb (mütləqdir)
  • Yaş: tətbiq olunmur
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və İngilis dili (əla)
  • Microsoft Office proqramlarını bilmək
  • Bazar iqtisadiyyatının prinsplərini bilmək
  • Riyazi biliklərə və analitik düşüncəyə malik olması
  • Sığorta qanunvericiliyini bilmək
  • İş təcrübəsi – Sığortası sahəsində olması arzuolunandır.

Əsas vəzifə öhdəlikləri:

  • Satış bloklarından daxil olan sorğuların cavablandırılması
  • Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
  • Sığorta məhsullarının hazırlanmasında iştirak
  • Bütün sığorta xidmətləri və məhsulları üzrə istifadə olunacaq tarif cədvəllərinin hazırlanmasını təmin etmək;

Şəxsi keyfiyyətlər:

  • Riyazi biliklərə və analitik düşüncəyə malik olması
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı : 700 azn
  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anderraytinq və təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi ” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

27.03.2024 - Bakı