Anderraytinq və təkrarsığorta üzrə aparıcı mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A – Group Insurance Company Anderraytinq və təkrarsığorta üzrə aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Sığorta təkliflərin hazırlanması üzrə Satış Departamentindən və ya müştəridən birbaşa daxil olan sorğuları qiymətləndirir.
  • Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin fakultativ təkrarsığortaya ötürülməsi hallarını müəyyən edir. Müvafiq hallar müəyyən edilərsə “Risklərin fakultativ təkrarsığortaya ötürülməsi” bəndinə müvafiq olaraq hərəkət edir.
  • Yekun olaraq daxil olan sorğu üzrə sığorta şərtlərini şöbə müdiri ilə təsdiqləyərək sığorta təklifini hazırlayır və müraciət sahibinə təqdim edir.
  • Risklərin fakultativ təkrarsığortaya ötürülməsi hallarını müəyyən edildiyi halda Sığorta predmeti üzrə lazımi məlumatları təkrarsığortaçılara ünvanlayır və onlardan təkliflər alır.
  • Təkrarsığortaçılardan alınan təklifləri daxili tələblərə uyğun qiymətləndirir və şöbə müdirinə təqdim edir. (Qərar verildikdən sonra sığorta təklifini hazırlayır)
  • Qəbul edilmiş təklif üzrə fakultativ təkrarsığorta slipini tərtib edir və şöbə müdiri ilə razılaşdırır.
  • Təkrarsığortaçı tərəfindən təqdim edilmiş hesab fakturanın xidmət dəyərinə uyğunluğunu yoxlayır və ödənişin həyata keçirilməsi üçün İdarə Heyəti Sədrinin təsdiqinə təqdim edir.
  • Təkrarsığortaya ötürülmüş risklər üzrə dəyişiklik tələb edildikdə, belə dəyişikliklər Təkrarsığortaçılarla razılaşdırılır və Əməliyyatlar və Müştəri Xidmətləri şöbəsi tərəfindən sığorta müqaviləsinə müvafiq əlavənin buraxılmasından sonra təkrarsığorta müqavilələrinə də müvafiq əlavələrin rəsmiləşdirilməsini təmin edir.

Tələblər:

  • Ali təhsil;
  • Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının Qanunvericiliyinin tələbləri barədə qismən məlumatlı olmaq;
  • Azərbaycan dilini əla, İngilis, rus dillərini orta səviyyədə bilmək;
  • Kompüter bilikləri  (MS Office –Word-orta, Excel-orta səviyyədə) ;
  • Sığorta sahəsi üzrə Cİİ, PSS sertifikatların olması üstünlükdür;
  • Sığorta və təkrarsığorta sahəsində müvafiq fəaliyyət üz detallara fikir vermək.

Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 30 Oktyabr 2022-ci il tarixinədək  Mövzu/Subject hissəsində “Anderraytinq və təkrarsığorta üzrə aparıcı mütəxəssis” qeyd edərək elektron ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı

400 — 500 ₼
Problemli kreditlərin idarəedilməsi şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi

Embafinans, ...

Embafinans

15.04.2024 - Bakı