Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ateshgah Sigorta Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Namizədə tələblər

  • Yaş: 24-40
  • Cinsi: kişi və ya qadın
  • Təhsil: Ali təhsili mütləqdir
  • İş təcrübəsi: Sığorta anderraytinqi sahəsində minimum 2 il
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla) Rus (yaxşı)
  • Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Əsas vəzifə öhdəlikləri

  • Satış bloklarından daxil olan sorğuların cavablandırılması
  • Qeyri həyat sığortası növləri üzrə portfelin analizlərinin aparılması
  • Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
  • Yeni sığorta qaydalarının, şərtlərin hazırlanması
  • Sığorta məhsullarının hazırlanmasında iştirak

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Sabit əmək haqqı (gross məbləğ) 899 AZN – 1127 AZN

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anderraytinq və təkrarsığorta şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.

Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar  iş gününü maraqlı və faydalı edir.

Oxşar vakansiya siyahısı:

500₼
Satış Təmsilçisi

Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Arzum Beauty

03.05.2024 - Bakı

Kassir

Arzum Beauty şirkəti Satış Təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Arzum Beauty

03.05.2024 - Bakı

600 — 900 ₼
Satış Mütəxəssisi

Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Çinici

02.05.2024 - Bakı

Bölgə Müdiri

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Bölgə Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

25.04.2024 - Bakı

1500 — 2000 ₼
Satış təmsilçisi

CMT Group MMC Satış təmsilçisi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

22.04.2024 - Bakı

Satış Meneceri

Dashyunu.az MMC Satış meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

Dashyunu.az MMC

22.04.2024 - Bakı

500 — 700 ₼
Satıcı Məsləhətçi

Sabah Group LLC Satış Məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

400₼
İnzibati işlər üzrə administrator

Sabah Group LLC Inzibati işlər üzrə administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Satıcı(bəy)

SUPERFON Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

Superfon

17.04.2024 - Xaçmaz

Satış məsləhətçisi

KEPROSHOP” MMC-dəSatış üzrə məsləhətçi (Kosmetoloji məhsullar üzrə) tələb olunur. ...

Kepro

08.04.2024 - Bakı