Anbardar və logistika üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Gravity Inc Anbardar və logistika üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı: 700 AZN

İş qrafiki: 6 gün

Namizədə Tələblər:

  • Yaş: 25-40
  • Cinsi: Kişi
  • Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
  • Ünsiyyət qurma bacarığı;
  • Məsuliyyət, dürüstlük və dəqiqlik;
  • Analitik düşünmə və problemləri həlletmə qabiliyyəti;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • MS Office proqramlarından yaxşı istifadə etmə bacarığı.

Vəzifə Öhdəlikləri:

  • Sorğular əsasında lazım olan avadanlıqların, ləvazimatların və digər materialların alınması/icarəsi üçün kotirovka sorğularının keçirilməsi, uyğun şirkətlərlə işin təşkili;
  • Anbara gələn sorğular əsasında lazımi avadanlıqların və ləvazimatların hazırlanması, daxili standartlara uyğun paketlənməsi və həftəlik olaraq ərazilərə göndərilməsi üçün təhvil vermə məntəqələrinə ötürülməsi, ötürülmə zamanı monitorinqin təşkili;
  • Ərazilərdən həftəlik göndərilən avadanlıq və ləvazimatların təhvil alma məntəqələrindən götürülməsi, yoxlanması və anbara yerləşdirilməsi;
  • Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunmasını təmin etmək və müvafiq proqramlara daxil etmək;
  • Anbar qalıqlarının gündəlik qeydiyyatının aparılması;
  • Çox istifadə olunan və tez-tez tələb olunan mal-materialların stok minimununa nəzarət, az qalan və ya bitən mal-materiallar barədə aiddiyatı struktur bölməni yazılı şəkildə məlumatlandırmaq;
  • Anbar ilə əlaqəli bütün əməliyyatların prosedurlar üzrə tələb olunan sənədlər əsasında icrasını təşkil etmək;
  • Anbar daxilində səliqə-səhmana və təmizliyə nəzarət etmək;
  • Günlük və həftəlik hesabatları təqdim etmək.

CV-nizi Word və yaxud PDF formatında hazırlayaraq bölüşülməsi vacibdir. CV formasında əsas məlumatlar lokanik və aydın qeyd olunmalıdır.

Nəzərə almaq vacibdir ki, namizədliyinizin baxılmasında CV formanız mühüm rol oynayır. Belə ki, rica edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir.

Yalnız müvafiq təcrübəyə sahib şəxslərin müraciət etməsi xahiş olunur. Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Anbardar və logistika üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı