Qısa məzmun
AzMiCon MMC Anbardar (mühasib-operator) vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat və nahar şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri:
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək;
- Anbardakı malları gündəlik, haftəlik, aylıq sayılması.
- Anbarda olan malları invertar nömrəsi ilə nömrələnməsini.
- Mal qəbulu-çıxışı, yerləşdirmə, transferi və s. uyğun olaraq Anbar rəhbəri tərəfindən verilən səlahiyyətlər daxilində calışmasını həyata keçirməli
- Gündəlik qaimə və qəbzlərin işlənməsi və kompüterə köçürülməsi;
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Şöbəyə daxil olunan sənədlərin arxivasiyası üçün tapşırılan işlərin görülməsi; Anbar rəhbəri tərəfindən tələb olunan lazımi hesabatları təqdim etməli;
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;Alıcılarla və Satıcılarla üzləşmə aktlarının hazırlanması və təsdiq olunmasının izlənməsi;
- Daxil olunmuş sənədlərin qeydiyyata alınması;
- Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək.
- Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək.
Tələblər:
- Ali təhsil (Bakalavr)
- Azərbaycan dili əla, rus və ingilis dilləri (orta səviyyədə)
- Minimum 3 il təcrübə (bəy namizəd)
- Kompüter bilikləri: MS Office, 1C , Ezamiyyət imkanı olsun Kollektivlə işləmə
- Yaş həddi: 25 – 40
İş şərtləri:
- Həftə içi 6 gün : 08:00 – 18:00-dək, Nahar/Nəqliyyat şirkət tərəfindən təmin olunur. (nahar vaxtı saat 13:00-14:00)
- İstirahət günləri – bazar günləri ( İş yeri: Ümid qəsəbəsi, Qaradağ rayonu, Salyan şossesi, Səngərqaya 1 yolunun,7-ci mk-i )
- Əmək haqqı – başlanğıc 600-700 (net) AZN
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi cv@azmicon.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını “Anbardar (mühasib-operator)” qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...