Qısa məzmun
Kristal Abşeron MTK Anbardar (Təcrübəçi) vəzifəsi üzrə vakansiya elan edir. Verilən tapşırıqları yerinə yetirməlidir.
Tələblər:
- Ali təhsil;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 300 AZN
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Təcrübəçi)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
\AGRO-VEST RETAIL Satınalma üzrə mütəxəssis vakansiyası elan edir. ...
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...