Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Premium Transport MMC Anbardar köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Nəqliyyat və yataqxana ilə təmin olunacaqdır.
İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavodunun yaxınlığı
Vəzifə öhdəlikləri :
- Birbaşa anbardara tabedir və onun tapşırıqlarını yerinə yetirir;
- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunduğunu təmin etmək;
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək ;
- Anbarda mal və materialın müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək ;
- Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə,avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə – boşaltma işlərini təşkil etmək;
- Mal və materialların inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və inventarizasiyanın keçirilməsində iştirak etmək;
- İnventarizasiyanın keçirilməsindən sonra anbarda olan mal və materialların mövcudluğuna, təhlükəsizliyinə, saxlanılması rejiminə və salamatlığına cavabdehlik daşımaq;
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
- Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək;
Namizədə olan tələblər:
- Müvafiq sahədə 1 il iş təcrübəsi;
- Nəqliyyat üzrə ali təhsil arzuolunandır.
İş şəraiti:
- 6 günlük iş norması – 1–5- ci günlər 7 saat, 6-cı günlər 5 saat
- Nəqliyyat və yataqxana ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“Anbardar köməkçisi” başlığı ilə) göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
İceland şirkəti GPS üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group AZ Dizayn Group Ekspeditor vəzifəsi üzrə vakansiya elan edir.vəzifəsi üzrə vakansiya elan edir. ...
FoxExpress MMC sürücü vəzifəsi üzrə vakansiya elan edir. Yol hərəkəti qaydalarını və yol xəritəsini yaxşı bilməlidir. ...
Hajigabul Poultry Farm Company Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...
Deziline MMC sürücü-dezinfektor (öz şəxsi maşını ilə) vəzifəsi üzrə vakansiya elan edir. ...