Anbardar köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Unimetal Məhdud Məsuliyyətli Cəmiyyət Anbardar köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.

İş barədə məlumat:

  • Birbaşa anbardara tabedir və onun tapşırıqlarını yerinə yetirir;
  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunduğunu təmin etmək;
  • Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Anbarda mal və materialın müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək ;
  • Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
  • Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə,avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
  • Mal və materialların inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və inventarizasiyanın keçirilməsində iştirak etmək;
  • İnventarizasiyanın keçirilməsindən sonra anbarda olan mal və materialların mövcudluğuna, təhlükəsizliyinə, saxlanılması rejiminə və salamatlığına cavabdehlik daşımaq;
  • Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək
  • 6 günlük iş həftəsi, 1-5ci günlər saat 09:00-17:00, şənbə günləri saat 11:00-17:00 kimidir.
  • Əmək haqqı: 500 azn
  • Ünvan: Abşeron rayonu, Mehdiabad qəsəbəsi

Namizədə tələblər:

  • Yaş: 25 – 45 yaş arası
  • Təhsil: Ali təhsil
  •  Azərbaycan dilini səlis bilməlidir
  •  İş təcrübəsi: Anbardar üzrə 1 ildən 3 ilə qədər təcrübəsi olmalı (1C-də işləməyi bacarmalı)
  •  MS Excel və MS Word proqramları ilə işləmək bacarığı;
  •  Komandada işləmək bacarığı;
  •  Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı
  •  İşguzar və hədəf yönlü, problemləri həll etmə bacarığı olan

Qeyd: Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “anbardar köməkçisi” yazmaqla göndərmələri xahiş olunur.

 

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı