Anbardar köməkçisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azərxalça Anbardar köməkçisi vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri :

  • Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvil qaydalarına riayət olunduğunu təmin etmək;
  • Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək ;
  • Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
  • Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə,avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə – boşaltma işlərini təşkil etmək;
  • Mal və materialların inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və inventarizasiyanın keçirilməsində iştirak etmək;
  • İnventarizasiyanın keçirilməsindən sonra anbarda olan mal və materialların mövcudluğuna, təhlükəsizliyinə, saxlanılması rejiminə və salamatlığına cavabdehlik daşımaq;
  • Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
  • Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmək;

Namizədə olan tələblər:

  • Ali təhsil
  • Müvafiq sahədə 1 il iş təcrübəsi;

İş şəraiti:

  • 5 günlük iş rejimi
  • Bakıdan servis ilə təmin olunma
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
  • Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini fidan.guliyeva@azerxalca.az, hr@azerxalca.az elektron ünvanına (“Anbardar köməkçisi” başlığı ilə) göndərmələrini xahiş edirik.

Ünvanı: Sumqayıt Kimya Sənaye Parkı – “Azərxalça” ASC-nin Yunəyirici boyaq fabriki.

Tel:  050 – 265 – 14 – 09

QEYD: Yalnız müvafiq başlıqla CV göndərmiş şəxslərin namizədliyi qeydə alınacaq. (Zənglə edilən müraciətlər qeydə alınmır)

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı