Qısa məzmun
AZELKO MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı: 700-900 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.)
Ünvan Abşeron ray. Şamaxı şossesi 14km
Namizədə tələblər:
- Təhsil: Orta texniki
- Anbardar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi
- Mal- materialın anbara qəbulu və istehsal şöbəsinə təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması;
- Anbar hərəkətləri ilə bağlı bütün əməliyyatların 1C 8.3 proqram təminatı bazasında yaradılmış ERP sisteminin anbar modulunda anında işlənilməsini təmin etmək.
- MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir.
- Rəhbərlik və Satınalma şöbəsi üçün hesabatları hazırlamaq və vaxtında təqdim etmək.
- Anbar qalıqlarının qeydiyyatını aparmaq və bitmək üzrə olan mal-materiallar barədə, vaxtında məlumat vermək.\
- İnventar sistemlər üzrə hesabatların hazırlanmasına nəzarət etmək və inventar hesabatları təhlil etmək.
- Mal-materialların yükləmə, boşaltma və anbar daxilində təhlükəsiz yerləşdirilməsi qaydalarını bilməli
- Anbarda məhsulların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək, çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq;
- Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin düzgün təşkili və təmin olunmasını təmin etmək.
- Anbarda olan malların təhlükəsizliyinə görə cavabdeh olmaq və anbarın təmiz, səliqəli və nizamlı olmasına nəzarət etmək.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
- İstehsal sahəsində çalışmış və elektrik avadanlıqlarını tanıyan şəxslərə üstünlük verilir
İş barədə məlumat:
- AZ – ELKO” MMC 2008- ci ildən fəaliyyət göstərir.Müəssisəmiz alçaq və orta gərginlikli (36kV – a qədər) dəstləşdirilmiş (komplekt) paylayıcı qurğuların (KPY) istehsalı ilə məşğuldur.
- İş vaxtı həftə içi 5 gün, 08:00-dan 17:30-dək
- Nahar fasiləsi 12:30-dan 13:30-dək
- Nahar şirkət tərəfindən verilir
- istirahət günləri : şənbə və bazar
- Ünvan Abşeron ray. Şamaxı şossesi 14km
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini <fariz.aliyev@azelko.az> e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Anbardar” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis ( Hacıqabul) vəzifəsi üzrə vakansiya elan edir ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə Nəzarət Üzrə Mütəxəssis – Şəmkir vəzifəsi üzrə vakansiya elan edir ...