Anbardar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800 AZN. AS İnşaat MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət hesabına verilir.

Yerinə yetirəcəyi işlər:

  • Layihədə tikinti-quraşdırma işlərinin icrası zamanı istifadə və tətbiq olunan materialların qəbulu, saxlanması və buraxılmasının sistemləşdirilməsi və tam nəzarətdə saxlanması üçün anbar fəaliyyətini təşkil edir;
  • Müxtəlif materialları: yanacaq, xammal, polufabrikat, hazır məhsul, detallar, alətlər, əşyalar və anbara qəbul edilməsinə, tərəzidə çəkilməsinə, saxlanması zamanı normatıv sənədlərin tələblərinə riayət olunmasına və anbardan buraxılmasına nəzarət edir;
  • Qəbul edilən malların qaimə ilə uyğunluğunu yoxlayır və düzgünlüyünə nəzarət edir;
  • Əl ilə və yaxud mexanizmlərin köməyilə materialları onların növü, keyfiyyəti, təyinatı və digər əlamətlərə görə anbarda yerləşdirilməsinə nəzarət edir;
  • Mal və materialların xarab olmaması və itməməsi üçün tədbirlər görür;
  • Anbarda qorunub saxlanılan materialların hərəkəti ilə əlaqədar qeydiyyatların aparılmasını və onların hesabat sənədlərinin təqdim olunmasını təmin edir;
  • Anbardar gün ərzində baş verən maddi qiymətli mallar dövriyyəsi üzrə əməliyyatları, daxil olmuş məxaric və mədaxil qaimələrini iş gününün sonuna dək elektron bazaya daxil edir.

Tələblər:

  • Ali təhsil
  • Tikinti sahəsində anbar təsərrüfatı üzrə 3 il iş təcrübəsi
  • Microsoft Office, 1C proqramlarında işləmə bacarığı

İş şəraiti:

  • İş rejimi 6 günlük
  • Əmək haqqı 800 AZN
  • Nahar şirkət hesabına

İş yeri Xaçmaz rayonunda yerləşir

Xaçmaz və yaxın rayonlardan olan namizdələrə üstünlük veriləcəkdir.

CV üçün e-mail: hr@asinshaat.az (Anbardar başlığı ilə göndərməniz xahiş olunur).

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı