Anbardar
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Başak Group Anbardar vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında məlumat:

2004-cü ildə qurulan “Başak Group” MMC, kirəmit sənayesində köklü bir tarixə malik lider şirkətllərdən biridir.  Yerli brendimiz olan “Özkirəmit” sektordakı lider mövqeyini qorumaqla, şirkətimiz Avropanın və Türkiyənin tanınmış kirəmit markaları olan SSQ, WIENERBERGER, KILIÇOĞLU, MEGARON, GÜROK KİREMİT, ONUR KİREMİT, eyni zamanda, öz brendimiz olan Sultan Kirəmitin Azərbaycanda rəsmi distribütorluğunu öz üzərinə götürmüşdür. Bashak Group MMC şirkətinin növbəti qolu isə tikinti sahəsində ixtisaslaşmışdır. Dövlət və özəl layihələrin tikintisi ilə məşğul olan Bashak Group dözümlülük, etibarlılıq və təhlükəsizliyi özünün əsas prinsipi hesab edir. Özkirəmit olaraq müştərilərimizə ən keyfiyyətli məhsulları təqdim etməkdə qərarlıyıq. Hazırda üzərində işlədiyimiz və tamamladığımız əsas layihələrdən bəziləri: “Sea Breeze Resort” “Villa Siena” “Sakit Göl” “Mehmandarov Malikanəsi” “Şuşa Xalçaçılıq Muzeyi” “Şuşa yaradıcılıq mərkəzi” “Şuşa şəhəri çoxmərtəbəli binalar” “Şuşa Yasəmən Hotel” “Laçın Layihəmiz”.

Namizədə tələblər:

  • Ali və ya ixtisas təhsili;
  • Anbardar vəzifəsində ən az 3 il iş təcrübəsi;
  • MS Office və 1C bilikləri;
  • Komandada işləmək bacarığı;
  • Ciddi, məsuliyyətli, punktual, diqqət, ünsiyyətcil və çalışqan.

Vəzifə öhdəlikləri:

  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirmək;
  • Yükləri anbara qəbul edərkən, faktiki miqdarını eləcə də məhsulun vəziyyətini yoxlamaq;
  • Anbara verilən sorğuları vaxtı-vaxtında və tam şəkildə cavablandırmaq;
  • Malların anbara səliqəli və müvafiq qaydalara uyğun şəkildə yığılmasını təmin etmək;
  • Anbarda olan məhsulların sayını və hesabatını rəhbərliyə təqdim etmək;
  • Məsuliyyətində olan bütün anbarların təmiz, səliqəli və nizamlı saxlanmasını icra etmək;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

İş şəraiti:

  • Həftə içi 5 gün saat 09:00-18:00, şənbə yarı iş rejimi,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı:  900-1100 AZN (namizədin bilik-bacarığından asılı olaraq dəyişir).

Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az elektron poçt ünvanına, mövzu hissəsinə

Anbardar” yazaraq göndərə bilərlər.

 

Oxşar vakansiya siyahısı:

Təchizat üzrə mütəxəssis

Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Universal PRO MMC

14.08.2025 - Bakı

600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi

Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

14.08.2025 - Bakı

Satınalmalar üzrə mütəxəssis

Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Zəfər bağları

14.08.2025 - Ağdam

600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi

"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı

Xarici satınalmalar üzrə kordinator köməkçisi

"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

"Camal" LTD Şirkəti

21.07.2025 - Bakı

Anbardar

Cronos Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Cronos Construction

16.07.2025 - Bakı

600₼
Anbardar

Zeta Group Anbardar vəzifəsi üzrə vakansiya elan edir ...

Zeta Group

15.07.2025 - Bakı