Anbardar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Apar şirkəti Anbardar vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında məlumat:

APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.

Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat:

  • Şirkətimiz üçün dinamik, öz işinə məsuliyyətli və fiziki cəhətdən aktiv Anbardar axtarırıq.
  • Anbar daxilində malların düzgün yerləşdirilməsi və saxlanma qaydalarına riayət edilməsi.
  • İnventar sayımlarının aparılması və stok məlumatlarının dəqiqləşdirilməsi.
  • Anbarın təmizliyi və təhlükəsizlik qaydalarına uyğunluğunun təmin edilməsi.
  • Zərurət yarandıqda malların yüklənməsi və boşaltılması işlərində iştirak etmək

Tələblər:

  • Anbar işi sahəsində ən azı 1 il iş təcrübəsi arzu olunandır.
  • Fiziki cəhətdən sağlam və dinamik
  • Təşkilatçılıq və vaxt idarə etmə bacarıqları.
  • Komanda ilə işləmək bacarığı və məsuliyyətli yanaşma.

Biz nə təklif edirik?

  • Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
  • Şəhər mərkində iş yeri
  • Peşəkar inkişaf və inkişaf üçün imkanlar ( təlimlər, seminarlar və s.)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Anbardar” yazaraq hr@apar.az  ünvanına göndərmənizi xahiş edirik.

 

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı