Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzMonbat Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Əmək haqqı:Müsahibə əsasında təyin olunur.
İşin təsviri:
- Anbarda olan mal və materialların təhlükəsizliyinin təmin edilməsi, saxlanma rejiminə əməl olunması, qəbul və verilmə sənədlərinin düzgün tərtib olunmasını təmin etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
- Məhsullarının tamlığnın yoxlanılması, çatışmazlıqlar barədə şöbə rəhbərinə məlumat vermək
- Anbar uçotunu 1C proqram təminatında aparmaq.
Namizədə Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahədə minimum 3-5 il;
- Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə, ingilis dil bilikləri arzuolunandır;
- MS Office proqramları (word, excel), 1C (proqramında işləmək bacarığı üstünlükdür);
İş şəraiti:
- İş vaxtı: həftənin 6 günü, istirahət günü: bazar
- Əmək haqqı:Müsahibə əsasında təyin olunur
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Anbardar ” qeyd edərək öz CV-lərini info@azmonbat.com elektron ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...