Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals Anbardar vəzifəsi üzrə vakansiya elan edir. MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir.
Əsas vəzifə öhdəliklər:
- Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək;
- Mal və material mühasibatlığının aparılması üçün qurulmuş mühasibat proqramı və avtomatlaşmış cihazlardan istifadə edərək onlayn və ya real vaxt rejimində məlumatları daxil edilməsini təmin etmək.
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək.
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək.
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək
- Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək.
- Anbar təsərrüfatının işinin effektivliyinin artırılması, malların daşınma və saxlanılması xərclərinin azaldılması üzrə tədbirlərin inkişafı/yaradılması və həyata keçirilməsində, Anbar təsərrüfatının təşkilinə müasir hesablama texnika, kommunkasiya və rabitə vasitələrinin tədbiqində iştirak etmək.
- Anbarın işçilərinə rəhbərlik etmək, Anbar işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq.
- Mədaxil-məxaric və obyekt daxili rejimin həyata keçirilməsində Mühafizə Xidməti ilə əməkdaşlıq etmək
Tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat, menecment ixtisası üzrə olması üstünlükdür);
- İş təcrübəsi: Müvafiq sahədə minimum 2-3 il;
- Dil bilikləri: azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil bilikləri arzuolunandır;
- Yüksək səviyyədə MS Office proqramları, xüsusilə Excel biliyi mütləqdir, 1C proqramında işləmək bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik;
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- İş vaxtı: həftənin 6 günü, istirahət günü: bazar
- Əmək haqqı:Müsahibə əsasında təyin olunur.
Vakansiyaya müraciət üçün CV-ri “Anbardar” mövzusu ilə hrdepartment@zeytunpharma.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Təchizat üzrə mütəxəssis
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisiCamal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalmalar üzrə mütəxəssis
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...