Anbardar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Azprotein Foods Group” MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Ali təhsil
  • Yaş həddi: 21 – 45 yaş
  • Staj: 2 – 4 il
  • Microsoft Office proqramlarını (Word, Excel, Outlook) yaxşı səviyyədə bilmək
  • 1C anbar modulunda işləmək bacarağı
  • İşində ciddi və məsuliyyətli olmalı
  • Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxın ərazidə qalan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

  • Xidmət sahəsində yük daşınmaları, yükün, xammalın, mal materialın anbara qəbulu və oradan təhvil verilməsini təmin etmək;
  • Anbarda olan yüklərin siyahısını tərtib etmək:
  • Xammal və mal materialları anbara qəbul edərkən, faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla çəkisinin dəqiqləşdirilməsi, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Xammal və mal materialların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini təşkil etmək;
  • Sənədlərində heç bir çatışmamazlıq faktı olmayan malı anbara qəbul etmək və anbarda malların qabaqcadan komplektləşdirilməsini təşkil etmək;
  • Malın göndərilməsi barədə Əl terminalı və kompyuter vasitəsilə «Anbar» proqramında müvafiq qeydiyyat aparmaq;
  • Malın qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlamaq;
  • Anbara Malları təhvil almaq və malları təhvil vermək;
  • Malı təhvil alarkən malın qaiməsi ilə mala aid göstəriciləri üzləşdirmək;
  • Malın qablaşdırmasına diqqət etmək;
  • Malların yükdaşıyanlara və mexanizasiya vasitələri ilə anbarda düzgün yerləşdirilməsinə nəzarət etmək. Bu zaman yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasına diqqət yetirmək;
  • Zəruri hallarda – malların sənədləşməsində çatışmamazlıq, say və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və malın xarab olması hallarında malın nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
  • Malın tərkibindən asılı olaraq, onu qəbul edərkən təhlükəli mallar üzrə inspektoru, Keyfiyyətə nəzarət xidmətinin əməkdaşnı malın qəbuluna cəlb etmək;
  • Təhlükəli mallar»ın, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
  • Malı anbara qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə malın qəbulunun təsdiqləmək;
  • Anbara qəbul edilmiş mallar barəsində sənədləri Mühasibatlıq şöbəsinin əməkdaşlarına vermək;
  • Sənədlərində qeyri-dəqiqlik və çatışmazlıq faktı olmayan yükü yükalana təhvil vermək;
  • Anbarların təyin edilən günlərdə inventarizasiya-sayımını keçirtmək.

İş qrafiki:

  • 6 günlük.
  • Nahar və servis (Koroğlu metrosundan) şirkət tərəfindən təmin olunur.
  • Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı