Qısa məzmun
UPS Construction Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Bakı şəhəri
Əsas vəzifə və öhdəliklər:
- Proqram vasitəsi ilə mal-materialın anbara daxil olması, buraxılışı və saxlanılmasını təmin etmək;
- Mal-materialın yaxşı qorunub saxlanılmasını təmin etmək;
- Anbar əməliyyatının hesabatını aparmaq;
- Yükün vəziyyətini yoxlayıb, zahirən nöqsan aşkarlandıqda, maddi qiymətlilərin dəyişdirilməsi üzrə tədbirlər görmək;
- Giriş-çıxış sənədlərinin düzgün qeydiyyata alınması və anbar sahəsinə aid hesabatların aparılmasını təmin etmək;
- İnventar və avadanlıqların yerləşdiyi ərazinin vaxtaşırı təmir olunmasına və yanğından mühafizə avadanlıqlarının anbarda olmasına nəzarət etmək;
- Mal-material qiymətləndirilməsi inventarizasiyasında iştirak etmək;
- Anbarda olan avadanlıqlar, malların mövcudluğuna və anbar daxili hərəkətlərinə nəzarət etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Mal-material qiymətlilərinin anbarda yerləşdirilməsi üçün lazımi sənədləşmələri;
- Anbar əməliyyatları hesabatının təşkilini;
- Anbara yerləşdirilən mal-material qiymətlilərinin qəbulu, saxlanılması və buraxılması şərtlərini;
- Komandada işləmə, çeviklik və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
- Müvafiq kompüter proqramlarında işləmə.
İş təcrübəsi: Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı- 700 – 1000 AZN
- İş saatları – Həftə içi 5 gün 09:00-dan 18:00-dəkdir.
Əlavə təminatlar. Telefon nömrəsi ilə təmin edilir;
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Anbardar
Saglam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...