Qısa məzmun
FORTİS GROUP MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: Goranboy rayonu
Namizədə tələblər:
- Müvafiq sahə üzrə ali təhsil (maliyyə, mühasibat uçotu, iqtisadiyyat);
- MS Office proqramları (Excel/Word, Outlook-la praktik işləmə bacarığı), Unity Logo-arzuolunandır;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Diqqətli, çevik və məsuliyyətli olmalı;
- Təhlil və analiz etmə qabiliyyətli olmalı;
- Kollektivdə işləmək bacarığı olmalı;
Əsas vəzifə öhdəlikləri:
- Əmtəə-maddi sərvətlərin anbara qəbulunun, mühafizəsinin və buraxılmasının, yenidən geri alınmasının təmin edilməsi.
- Əmtəə-maddi sərvətlərin istifadə qaydalarına (texniki şərtlərinə) uyğun şərtlərdə (məs: lazımi temperatur şəraiti, ətraf mühitin mənfi təsirlərindən qorunan məkanda və s.) saxlanılmasının təmin edilməsi.
- Məhsulların saxlanılma yerlərinin təmizliyinin təmin olunması.
- Rəsmiləşdirmə qaydalarına və mədaxil–məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatların tərtib edilməsi.
- Anbardan məxaric olunan məhsulların, əmtəə-maddi sərvətlərin təhvilinə nəzarət edilməsi.
- Vaxtaşırı sistem (proqram) ilə faktiki anbarın yekunlarının və qalıqlarının müqayisəsinin aparılmasının təmin edilməsi.
- Anbardan ən çox tələb olunan əmtəə-maddi sərvətlər üçün minimum stok (ehtiyyat) siyahısının hazırlanması.
- Anbarda, yanğına qarşı ləvazimatların olmasına və onun sazlığına, avadanlığın və inventarların vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi.
- İstehsal tarixi köhnə olan əmtəə-maddi sərvətlərlə bağlı rəhbərliyə məlumat verilməsi.
- Sistemdən yararsız əmtəə-maddi sərvətlərin rəhbərliyin icazəsi əsasında silinməsinə nəzarət edilməsi.
- Əmtəə-maddi sərvətlərin inventarlaşmasının aparılmasında iştirak edilməsi.
- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Təminatlar:
- Nahar ilə təmin edilir.
- Korporativ nömrə ilə təmin edilir;
- Əmək haqqı: Razılaşma əsasında təyin olunur;
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Anbardar” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Təchizat üzrə mütəxəssis
Universal PRO Təchizat üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisiCamal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Satınalmalar üzrə mütəxəssis
Zəfər Bağları” MMC Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600 — 700 ₼
Xarici satınalmalar üzrə kordinator köməkçisi"Camal" LTD Şirkəti Xarici satınalmalar üzrə kordinator köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...