Anbardar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Buta Traidinq MMC Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ur.

Vakansiya haqqında:

  • İş yeri: Bakı, Zirə qəsəbəsi
  • İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla
  • İşə başlama tarixi: Təcili
  • Əmək haqqı: 800 NET (sınaq müddəti 3 ay-1000 NET)

Vəzifə öhdəlikləri:

  • Yüklərin anbara qəbulu, saxlanması və oradan təhvil verilməsini təmin edir;
  • Yükü idxal anbarına qəbul etdikdən sonra müvafiq qeydiyyat aparmaqla şəxsi ştamp vasitəsilə yükün qəbulunu təsdiqləyir;
  • Transfer yükün qəbulu və təhvili zamanı hər bir yerin qablaşdırılmasının, plomb və möhürünün vəziyyətini, markalanmanın düzgünlüyünü yoxlayır;
  • Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır və 1C sisteminə işlənməsini təmin edir;
  • Anbarda olan yüklərin siyahısını tərtib edir;
  • Yüklərin anbara qəbul edərkən, yüklərin faktiki miqdarının (yer sayının), eləcə də qablaşdırılmanın vəziyyətini yoxlanmaqla yerlərin çəkisinin dəqiqləşdirir, markalanmanın düzgünlüyünü yoxlayır;
  • Yüklərin xüsusiyyətindən asılı olaraq növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, anbarda əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə saxlanılma yerlərində düzgün yerləşdirilməni təşkil edir;
  • Sənədlərində heç bir çatışmazlıq faktı olmayan yükü göndərilmə anbarına qəbul edir və anbarda yüklərin qabaqcadan reyslər və istiqamət üzrə komplektləşdirilməsini təşkil edir;
  • Anbardan sahəhələrə və məsul şəxslərə verilən əsas vəsaitlərin, azqiymətlilərin və s. materialların uçotunu aparır;
  • Vaxtaşırı sahədə və məsul şəxslərdə olan material qiymətlilərinin vəziyyəti barədə məlumatlar və hesabat sənədləşdirməsini aparır;
  • Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib edir;
  • Zəruri hallarda – yüklərin sənədləşməsində çatışmazlıq, yer və çəki çatışmazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak edir;
  • Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir.

Təhsil və iş təcrübəsi:

  • Orta və ya orta texniki təhsil;
  • Minimum 2 il anbardar vəzifəsi üzrə təcrübə.

Bacarıq və səriştələr:

  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətlilik;
  • 1 C 8.3 versiyası üzrə işləyə bilmə bacarığı
  • Ms. Office programları, Excell orta səviyyədə.

Təminatlar:

  • Koroğlu metrosundan iş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Telefon limiti

Bilməlidir:

  • Anbar ehtiyatları və təhlükəli malların təşkili, saxlanması ilə əlaqədar risklər, nəzarət tədbirləri;
  • İstismar ilə əlaqədar müəssisənin siyasət və prosedurları haqqında məlumat, o cümlədən: ehtiyatların saxlanması, etiket vurma ilə əlaqədar müəssisənin siyasəti, məhsulun keyfiyyət standartları, qablaşdırılmış malların açılması, köhnə, çatışmayan və zədəli ehtiyatlar, istifadə olunan avadanlıqlar, ehtiyatların yerləşdirilməsi, tullantıların təmizlənməsi, ehtiyatların qeydiyyatı üzrə sənədlər, sənədlərin göndərilməsi.

Müraciət qaydası:

Zəhmət olmasa CV-lərinizi e-mail adresinə göndərin.

CV-ləri göndərərkən başlıq yerinə “Anbardar (zirə qəsəbəsi)” qeyd etməyi unutmayın.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı