Anbardar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Finivo Project Anbardar vəzifəsi üzrə vakansiya elan edir. Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmalıdır.

İşin təsviri:

  • Yükləmə, boşaltma və anbar daxilində yüklərin düzgün yerləşdirilməsini təmin etmək;
  • Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək;
  • Sifariş tələbi əsasında anbardan mal çıxışını təşkil etmək;
  • Məsuliyyətində olan bütün anbarların təmiz, səliqli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək;
  • Anbarlarda olan malların təhlükəsizliyindən cavabdeh olmaq;
  • Anbarda olan mal-materialın təhlükəsizliyini, anbardan buraxılan və anbara daxil olan mal-materialın giriş-çıxış sənədləri üzrə qeydiyyatını təmin etmək;
  • Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatları təqdim etmək;
  • Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü nəzarətdə saxlamaq;
  • Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
  • Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
  • Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
  • Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
  • Mühasibatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
  • Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
  • Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
  • Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
  • Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal-materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
  • Anbar əməliyyatlarının uçotunun aparılmasına və hesabatların hazırlanmasını icra etmək;
  • Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.

İş şərtləri:

  • Əmək haqqı: 700 AZN (namizədin bacarığına əsasən fərqli əmək haqqı təyin edilə bilər);
  • İş qrafiki: Bazar ertəsi–Cümə: 09:00-dan – 18:00-dək; Şənbə: 09:00-dan – 15:00-dək;
  • İstirahət günləri: Bazar;
  • Nahar vaxtı: 13:00-14:00.
  • İş saatları: 09:00-18:00;

Namizədə dair tələblər:

  • Ali təhsilli olmaq;
  • İngilis və rus dillərini baza (başlanğıc) səviyyəsində bilmək;
  • Microsoft office proqramlarında, ofis texnikasında tam sərbəst və sürətli işləməyi bacarmaq;
  • Stresə davamlı olmaq;
  • Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
  • Kollektivlə işləməyi bacarmaq;
  • Təşkilati və analitik bacarıqlara sahib olmaq;
  • Sürətli və çevik olmaq;
  • Anabar işlərində minimum 2-3 il iş təcrübəsinə malik olmaq.

Göstərilən tələblərə uyğun olan namizədlər öz müraciət formalarını (CV) foto ilə birlikdə elektron ünvanına mövzu hissəsində “Anbardar” qeyd etməklə göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

1200 — 1500 ₼
Baş Anbardar

Azprotein Foods Group Baş Anbardar vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Təchizat üzrə mütəxəssis

Tender kateqoriyalarına görə təchizatçı şirkətlərin müəyyən edilməsi; Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən ...

Company

22.04.2024 - Bakı

600₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

18.04.2024 - Bakı

Xarici Satınalma üzrə Mütəxəssis

ZH-GROUP MMC Xarici Satınalma üzrə Mütəxəssis vakansiyasıni elan edir ...

ZH-GROUP MMC

18.04.2024 - Bakı