Anbardar
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Anbardar vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Mal və materialları qəbul edir;
  • Malın anbarda standartlara uyğun yığım və düzülüş qaydalarına əsasən yerləşdirir;
  • Anbarda olan mal və materialların saxlanması rejiminə, sənədləşməsinə və mədaxil-məxaric səndələrinin təhvil qaydalarına riayət edir;
  • Anbarın hesabatının aparılmasında iştirak edir;
  • Anbardakı malların dövriyyəsini analiz edir;
  • Anbarda keçirilən sayımlarda və auditdə iştirak edir;
  • Məsuliyyətində olan anbarların təmiz, səliqəli və nizamlı olmasına nəzarət edir;
  • Anbarda olan malların istifadə müddətinə nəzarət edir və müddəti bitən malları müvafiq təlimatlara uyğun “Utilizasiya akt”ını dolduraraq çıxışını həyata keçirir;

Namizədə olan tələblər:

  • Ali və ya orta texniki təhsil;
  • Anbardar kimi iş təcrübəsinin olması;
  • Azərbaycan və rus dili;
  • MS Office bilikləri;
  • Punktual, aktiv, çevik, diqqətli, stresə davamlı və məsuliyyətli olmalı.

Qeyd:

  • İş qrafiki: həftənin 6 günü, 1 gün istirahət;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
  • Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Anbardar” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

550₼
Anbardar

Sabah Group MMC Anbardar vəzifəsi üzrə vakaniya elan edir. ...

SABAH GROUP MMC

14.05.2024 - Bakı